Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Gəncliyimiz gələcəyimizdir” mövzusunda konfrans keçirildi.

22 sentyabr 2016 | 11:00

22 sentyabr 2016-cı il tarixdə Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Gənclər və İdman idarəsinin və YAP xətai rayon təşkilatı gənclər birliyinin birgə “Gəncliyimiz gələcəyimizdir” adlı konfransı keçirilmişdir. Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavinləri Zaməddin Əkbərov və Jalə Abdıyeva, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədr müavini Yeganə Qurbanova, Yeni Azərbaycan Partiyası Xətai Rayon Gənclər Birliyinin sədri Sərxan Əliyev, rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsinin əməkdaşları, gənclər iştirak etmişlər.
Tədbirdə çıxış edənlər dövlət gənclər və idman siyasəti və bu sahədə görülmüş işlər, əldə olunmuş uğurlardan danışdılar.  Qeyd etdilər ki, dövlət gənclər siyasəti həmişə Müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olmuş, bu gün də bu diqqət və qayğı cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısının gənclər siyasətinin müəyyənləşdirilməsi, gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı imzaladığı bir sıra sərəncamlar, dövlət proqramlarının hazırlanması üçün işçi qruplarının yaradılması gəncliyin rifahına hesablanan dövlət qayğısının bariz sübutudur.
         Dövlət gənclər siyasəti, ölkənin gələcəyini etibar edəcəyi nəslin hazırlanması bu gün də Prezident İlham Əliyevin, Respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın böyük önəm verdiyi sahədir. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın da gənclərimiz üçün gördüyü işlər danılmazdır.
       Dövlət başçısının gənclər siyasətinin müəyyənləşdirilməsi, gənclərin təhsili, sağlamlığı, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı "Azərbaycan Gəncliyi” Dövlət Proqramı (2005-2009-cu illər), “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər), “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı”, “2007-2015-ci illərdə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət proqramı və s. yetişən gəncliyin rifahına hesablanan dövlət qayğısını bir daha ortaya qoydu. Dövlət başçısının digər bir Fərmanı ilə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradıldı. 
Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.
Vurğulandı ki, Xətai rayonu gəncləri də həmişə onlara olan dövlət qayğısının sayəsində yeni-yeni uğurlara imza atır. Belə ki, hər il olduğu kimi 2015-2016-cı tədris ilində də rayon məktəblərinin məzunları ali məktəblərə qəbul üzrə yüksək nailiyyətlər göstərmişlər. Üç nəfər məzunumuz qızıl medala, 8 tələbəmiz Prezident təqaüdünə layiq görülmüşdür. 41 nəfər 650 baldan yuxarı nəticə göstərərək tələbə adını qazanmış məzunlar rayon İcra Hakimiyyəti tərəfindən rəğbətləndirilmiş, onlara fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.
Çıxış edənlər həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi əsasında bu ilin 26 sentyabr tarixində konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin (referendum) keçiriləcəyini və konstitusiyaya ediləcək əlavə və dəyişiklərlə bağlı referendumun keçirilməsi təşəbbüsünün dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsi olduğunu xüsusi olaraq vurğuladılar.
Qeyd olundu ki, Xətai rayonunun 277882 nəfər əhalisinin 65209 nəfəri gəncdir.

Keçidlər