Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda abadliq və quruculuq işləri davam edir

28 sentyabr 2016 | 11:00

Xətai rayonunda əhalinin rahatlığını, asudə vaxtının səmərəli təşkilini və istirahətini təmin etmək  məqsədilə rayon ərazisində abadlıq, quruculuq işləri, o cümlədən,  binaların  fasadlarının  təmiri, park və meydançaların yaradılması, “Nümunəvi  Həyət”lərin salınması geniş vüsət almışdır. 
Növbəti abadlaşdırma işləri rayonun Yusif Səfərov, Afiyyəddin Cəlilov, İzzət Orucova və Nəcəfqulu Rəfiyev küçələrində aparılmışdır. Küçə boyu  ərazilərdə yaşıllıq zolaqları salınmış,   rəngarəng güllər əkilmiş, yeni qazon örtüyü vurulmuşdur. Həmçinin, İ.Orucova və A.Cəlilov küçələrinin “Müqəddəs Məryəm”  katolik kilsəsi ilə  kəsişdiyi ərazidə yaşıllıq zolağına yeni  qazon vurulmuş, digər abadlaşdırıcı işlər görülmüşdür.
Görülən işlər çərçivəsində yaxın günlərdə rayon ərazisində yeni salınmış “Nümunəvi Həyət”lərin sakinlərin istifadəsinə verilməsi  nəzərdə tutulur.

Keçidlər