Şriftin ölçüsü :

Saytın rəngi :

"Vətənin Müdafiəsinə Hazıram" devizli Poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir.

30 sentyabr 2016 | 11:00

27-29 sentyabr 2016-cı il tarixdə Xətai rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 269 №li tam orta məktəbin bazasında payız çağırışına həsr olunmuş "Vətənin Müdafiəsinə Hazıram" devizli Poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir. Əsas məqsədi çağırışaqədər və çağırış yaşlı gənclərin ümumi və fiziki hazırlıq səviyyələrinin müəyyən edilməsi və yüksəldilməsi, gənclərdə vətənpərvərlik ruhunun aşılanması olan və 28 məktəbin iştirak etdiyi yarışda I yeri 264 №li, II yeri 221 №li, III yeri isə 63 №li tam orta məktəblərin komandaları tutmuşlar.
Yarışda fəxri yerləri tutmuş komandalar rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışlar. Rayon mərhələsində qalib gəlmiş məktəbin komandası Bakı şəhərində yerləşən ümumtəhsil orta məktəbləri arasında keçiriləcək yarışda rayonumuzu təmsil etmək hüququ qazanmışdır.

Keçidlər