Rayon İcra Hakimiyyətinin başçısı Babək prospektində görülən işlərlə yerində tanış olmaq üçün ərazini gəzib
Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov 30 sentyabr 2016-cı il tarixdə rayonun müxtəlif ərazilərində, eləcə də, Babək prospektində aparılan abadlıq, quruculuq və yenidənqurma işlərinin gedişini izləmək, vətəndaşların qaldırdığı məsələlərin icrası və qaldırılan digər problemlərlə yerində tanış olmaq üçün icra başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon Mənzil Kommunal Təssərüfat Birliyinin rəhbərliyi, xidmət sahələrinin rəhbərləri və digər məsul şəxslərin iştirakı ilə ərazidə olub.
Görülən işlər çərçivəsində qeyri-qanuni çəkilmiş hasarlar sökülmüş, yolboyu yaşıllıq zonaları salınmış, yararsız hala düşmüş səkilər bərpa edilmiş, aşkar edilmiş antisanitar hallar aradan qaldırılmışdır. Rayon MKTB-nin və Xidmət sahələrinin rəhbərlərinə bir sıra tapşırıqlar verilmişdir.