Rayon ərazisində növbəti iməcilik M.Hadi küçəsində keçirildi
Növbəti iməcilik rayonun Məhəmməd Hadi küçəsində keçirilib. İməcilik zamanı bəzi çoxmərtəbəli binaların həyətində bir sıra sakinlər tərəfindən qanunsuz hasara alınmış yaşıllıq zolaqlarının, ümumi isifadə üçün nəzərdə tutulmuş ərazilərin çəpərləri sökülmüş, məişət tullantılarından təmizlənmişdir. Həmçinin, insanların maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə yol kənarında yararsız vəziyyətə düşmüş səkilər bərpa edilmişdir. İməcilik zamanı eləcə də sakinlər tərəfindən edilmiş şikayətlərə əsasaən vətəndaşların gediş-gəlişinə mane olan bir sıra qanunsuz tikililər sökülmüşdür.
Görülən işlərlə yerində tanış olan İcra Hakimiyyətinin başçısı cənab Razim Məmmədov əlaqədar təşkilatlara və xidmət sahələrinin rəhbətliyinə bir sıra tapşırıqlar verdi.