Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Müəllimlər günü münasibətilə Xətai rayonunda tədbir keçirilib

05 oktyabr 2016 | 11:00

5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə Xətai rayonunda  tədbir keçirilib. Gün münasibətilə müəllimləri təbrik edən rayon icra hakimiyyətinin başçısının müavini Zaməddin Əkbərov bildirib ki, Prezident İlham Əliyevin təhsili prioritet istiqamətlərdən biri elan etməsi bu sahəyə diqqəti daha da artırıb. Son illərdə respublikanın hər yerində olduğu kimi, Xətai rayonunda da yeni məktəblərin tikintisi, təmiri və yenidən qurulması istiqamətində görülən işlər bunu bir daha təsdiq edir. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevanın gördüyü işlər danılmazdır.
Rayon icra hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva isə qeyd edib ki, hər il olduğu kimi bu il də rayon məktəbləri üçün uğurlu il olub. Belə ki, 2015-2016-ci tədris ilində 1602 nəfəri ali məktəblərə qəbul olub. Daxil olan abituriyentlər arasında 238 nəfər 500-dən, 107 nəfər 600-dən, 41 nəfər isə 650-dən yuxarı bal toplayıb, 7 nəfər Prezident təqaüdünə layiq görülüb. Xətai rayon məktəbləri üzrə ali məktəblərə qəbul faizi 70 faiz olub ki, bu da respublika üzrə ən yüksək göstəricidir.
Digər çıxış edənlər ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə göstərilən  hərtərəfli qayğıdan danışdılar. Sonra Prezident İlham Əliyevin sərəncamı ilə 4 nəfər “Əməkdar müəllim” fəxri adını alan və bir nəfər “Tərrəqi” medalı ilə təltif olunan təhsil işçisinə hədiyyələr təqdim olundu.

Keçidlər