Rayon İcra Hakimiyyətinin başçısının növbəti qəbulu keçirilmişdir
10 oktyabr 2016 | 11:00
10 oktyabr 2016-cı il tarixdə tarixdə keçirilən rayon İcra Hakimiyyətinin başçısının qəbulunda 22 vətəndaş iştirak etmişdir. Qəbulda vətəndaşlar Hüseynov Rövşən, Abdullayev Səbuhi, Mehbalıyeva Səbinə, Orucov Hacıaydın, Tağıyeva Yeganə, İsmayılova Tamilla və başqaları tərəfindən əsasən, sosial və kommunal məsələrin həlli, o cümlədən torpaq sahəsinin ayrılması, qəzalı binalarla bağlı, sosial evlərlə bağlı müraciətlər, liftlərin dəyişdirilməsi, təmir olunması, işsizlik, maddi yardım edilməsi ilə bağlı müraciətlər dinlənildi və bu məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verildi. Qəbulda həmçinin İcra Hakimiyyətinin müavinləri, şöbə müdirləri və digər məsul işçilər iştirak etmişdir.