Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Cavanşir küçəsi 10 A ünvanda məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdü

11 oktyabr 2016 | 11:00

Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov 11 oktyabr 2016-cı il tarixdə Cavanşir küçəsi 10 A ünvanında yerləşən 1 saylı Texniki Peşə liseyinin inzibati binasında və ərazisində özbaşına tikililərdə məskunlaşan məcburi köçkün ailələri ilə görüşmüşdür.
Məlumat verilmişdir ki, ümumi ərazisi 0,7 ha olan,  5 mərtəbədən ibarət 1 №-li Bakı peşə liseyinin  tədris binası 300 şagird yerlikdir. Hər mərtəbənin sahəsi 718,2 kv/m, cəmi 3591 kv/m - dir. Bina 1964-cü ildə tikilib, bu müddət ərzində heç vaxt əsaslı təmir olunmayıb. Buna baxmayaraq elektrik, su təminatı normaldı. İstilik sistemi yoxdur.
Məktəbin ərazisində əsaslı təmirə ciddi ehtiyacı olan 1 mərtəbəli, sahəsi 548,6 kv/m olan emalatxana binası, 127,5 kv/m sahəsi olan yeməkxana, 58,8 kv/m sahəsi olan nasosxana vardır.
Məktəbin 0,2 ha-da ərazisində özbaşına tikililərdə, 5 mərtəbəli tədris binasının 5-ci mərtəbəsində və 1-ci mərtəbənin 3 otağında 1992-ci ildən etibarən respublikanın işğal olunmuş rayonlarından məcburi köçkün ailələri  məskunlaşıb. 4 mərtəbə isə liseyin istifadəsindədir. Liseydə “Kompüter operatou”, ”Bədii tikmə ustası”, “Bərbər” ixtisasları üzrə 55 şagird təhsil alır.
     Özbaşına tikililər yaşayış üçün yararlı olmayan, sanitar-gigiyena, texniki, yanğın təhlükəsizliyi normalarına cavab verməyən, müxtəlif alova davamsız materiallardan, əsasən, köhnə taxta və fanerdən quraşdırılmış tikililərdən ibarətdir.
    Məcburi köçkünlər liseyin çox ağır olan yaşayış şəraitindən şikayətlənərək rayon İcra Hakimiyyətinin başçısından başqa yerlərə köçürülmələri üçün köməklik göstərilməsini xahiş etdilər.
Sakinlərin müraciətlərini dinləyən rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov qaldırılan problemlə əlaqədar aidiyyatı qrumlara müraciət olunduğunu və bu məsələnin nəzarətdə saxlandığını bildirdi.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları əraziyə baxış keçirən  bu tikililərin yaşyış üçün  təhlükəli olması barədə rəy bildirmişlər.
Başçı tədbirlər görülməsi üçün əlaqədar təşkilatlara tapşırıqlar verdi.

Keçidlər