Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində müşavirə keçirildi

14 oktyabr 2016 | 11:00

14.10.2016-cı il tarixdə Xətai rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədovun sədrliyi ilə rayon MKTB-nin, sahə və qəsəbə nümayəndəliklərinin, xidmət sahələrinin rəhbərləri, Xətai və  Əhmədli bələdiyyələrinin sədrləri və digər əlaqədar təşkilatların nümayəndələrinin iştirakı ilə müşavirə keçirilmişdir.
Müşavirədə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov ölkəmizdə keçirilən referendum seçkiləri barədə danışaraq  bildirdi ki, referendum demokratik, ədalətli və tam şəffaf şəkildə keçirildi. Razim Məmmədov Azərbaycan xalqının mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz dəstəyini verdiyini, bunun da siyasətimizə növbəti dəfə xalq tərəfindən verilən böyük dəstək olduğunu xüsusilə vurğuladı.
Müşavirədə həmçinin, rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, yüksək mərtəbəli binalarda aparılan təmir işləri,  müzakirə edildi və  qaldırılan digər məsələlərin də  həlli ilə bağlı müvafiq tapşırıqlar verildi.

Keçidlər