Şriftin ölçüsü :

Saytın rəngi :

“Qəhrəmanlar unudulmur” adlı inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir

14 oktyabr 2016 | 11:00

14 oktyabr 2016-cı il tarixdə “ALP INN “ oteldə   “Gənclərin Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin üzvləri ilə görüşlərin təşkili” layihəsi və 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Xətai rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Qəhrəmanlar unudulmur” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi təşkil olunmuşdur.
Tədbirdə Xətai rayon Icra Hakimiyyətinin nümayəndələri, rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov, Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyinin sədri Xoşbəxt Seidova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon filialının sədri Fuad Salahov, müsabiqədə iştirak etmiş şagirdlər və valideynlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyinin sədri Xoşbəxt Seyidova layihə haqqında ətraflı məlumat verdi. O layihənin əsas məqsədininin yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin təbliği, vətənə sevgi və sədaqət hisslərini aşılamaq, həmçinin layihə vasitəsilə milli qəhrəmanlarımız və şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu haqqında yeniyetmə gəncləri məlumatlandıqmaq olduğunu qeyd etdi.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon filialının sədri Fuad Salahov çıxışında torpaqlarının 20 faizi düşmən tapdağında olan, on minlərlə şəhid vermiş ölkə olaraq Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin gücləndirilməsinin ən aktual mövzulardan biri olduğunu bildirdi.
Daha sonra çıxış edən Xətai rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov bu cür tədbirlərin yeniyetmə və gənclərin vətənə sadaqət ruhunda böyüməsi, onlarda dövlət və vətən qarşısında vəzifələrinin layiqincə yerinə yetirilməsi sahəsində məsuliyyətin artırılması nöqteyi nəzərindən mühüm əhəmiyyət kəsb etdiyini və bu tədbirlərin Xətai rayonunda uğurla həyata keçirildiyini vurğuladı.
Sonra çıxış edən layihə iştirakçıları mövzu ilə əlaqədar öz təəssuratlarını paylaşdılar.
Sonda qaliblər diplomla mükafatlandırılıdlar.

Keçidlər