Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqillik günü 257 saylı məktəbdə qeyd olundu

15 oktyabr 2016 | 11:00

15 oktyabr 2016-cı il tarixdə Xətai rayonundakı 257 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr olunmuş geniş tədbir keçirilmişdir. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, müəllimlər, şagirdlər və valideynlər   iştirak ediblər. Qeyd olunan tarixi günlə bağlı məktəbdə şer və inşa müsabiqələri də keçirilmişdir. Müsabiqə qalibləri tədbirdə mükafatlandırılmışlar.
Tədbirdə şagirdlər bu günün tarixi əhəmiyyətini anladan çıxışlar etmiş, vətənpərvərlik hissini yüksəldən şeirlər söyləmiş, müstəqillik illərində Ulu Öndərimiz Heydər Əliyevin  rəhbərliyi ilə Respublikamızın keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətləri qeyd etmiş, vətənə məhəbbət ruhunu əks etdirən mahnılar ifa etmişlər.

Keçidlər