Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda "Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzusunda konfrans keçirilib

17 oktyabr 2016 | 11:00

17.10.2016-cı il tarixdə Xətai rayonunda “18 Oktyabr- Dövlət Müstəqilliyi günü” münasibətilə  "Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzusunda konfrans keçirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva bü günün tarixi barədə məlumat verib. Bildirib  ki, Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra əldə edib. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana iqtisadi inkişaf, siyasi sabitlik gətirib. Məhz buna görə də Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçiliyində müstəsna yeri var və haqlı olaraq tariximizə müstəqil Azərbaycanın banisi və qurucusu kimi həkk olunub.
  Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, 138 saylı tam orta məktəbin direktoru Mirfaiq Mirheydərli, YAP Xətai rayon təşkilatının Qadınlar şurasının sədri Aygün Əhmədli, 9 saylı uşaq poliklinikasının baş həkimi Aidə Hüseynzadə ümummilli lider Heydər Əliyevin cəmiyyətin həyatına nüfuz edən müdrik, proqmatik siyasətindən, ümumdünya diplomatiyası qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, ölkəmizin yüksək iqtisadi inkişaf tempi ilə irəliləməsi məhz Heydər Əliyevin  əməyinin nəticəsidir. Əsası ulu öndər tərəfindən qoyulan bu siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Keçidlər