Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Dama” idman növü üzrə yarış keçirilmişdir

17 oktyabr 2016 | 11:00

Xətai Rayon İcra Hakimiyyəti  və  rayon Gənclər və İdman İdarəsinin birgə  təşkilatçılığı ilə 11-14 oktyabr 2016-cı il tarixlərdə Xətai rayon Dama-Şahmat Klubunda rayon məktəblilərinin XXIX Spartakiadasının proqramına daxil olan “Dama” idman növü üzrə yarış keçirilmişdir.Yarışda rayonun 20 məktəb komandası tərkibində 120 nəfər məktəbli (onlardan 40 nəfəri qızlardır) iştirak etmişdir. Yarışda  birinci  yeri 138 №li, ikinci  yeri 29 №li, üçüncü yeri 194 №li tam orta məktəblərin komandaları tutmuşlar.Yarışda fəxri yerləri tutmuş komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə
mükafatlandırılmışlar.
Rayon mərhələsində qalib gəlmiş məktəbin komandası “Dama” idman növü üzrə  Bakı şəhər məktəbliləri arasında keçiriləcək yarışda rayonumuzu təmsil etmək hüququ qazanmışdır.

Keçidlər