Xətai rayon ümumtəhsil məktəblərində Müstəqillik günü ilə bağlı silsilə tədbirlər keçirildi
18 oktyabr 2016-cı il tarixdə Xətai rayonundakı bir sıra ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirildi.
Rayonun 249, 138, 261, 191, 64, 204, 264, 25, 55, 56, 86, 254, 63, 221 saylı tam orta məktəblərində və Humanitar fənnlər təmayüllü liseydə tədbirdə şıxış edən müəllimlər, ziyalılar xalqımızın tarix boyu mübariz, azadlıq uğrunda fədakarcasına vuruşduğunu bildirdilər. Qeyd etdilər ki, Azərbaycanın bu günki müstəqilliyi 1991-ci ilin 18 oktyabr tarixinində əzmkarlıq bahasına başa gəlmişdir. Qazanılan bu uğurun həm daxili, həm də xarici düşmənlərin hesabına itirilmək təhlükəsində olduğuna baxmayaraq, xalqımızın ümummillli lideri Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı müstəqilliyimizə yeni nəfəs verdi. Heydər Əliyev əvvəlcə vətəndaş müharibəsinin qarşısını aldı, Ermənistanla atəşkəsə nail oldu və Azərbaycanda inkişafın təməli qoyuldu. Azərbaycan ordusu yenidən təşkil edildi, nizam-intizam gücləndirildi. Mühüm siyasi və iqtisadi islahatlara başlanıldı. Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir. Son illərdə Azərbaycanın iqtisadiyyatında, hərbi quruculuğunda, elm, mədəniyyət, səhiyyə, təhsil, idman, insanların sosial müdafiəsi sahələrində böyük uğurlar əldə edilib.