Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda bir sıra səhiyyə müəssisələrində Müstəqillik günü qeyd olundu

18 oktyabr 2016 | 11:00

 

18 oktyabr 2016-cı il tarixdə Xətai rayonundakı bir sıra səhiyyə müəssisələrində Müstəqillik günü qeyd olundu.
Rayonun 9, 8 və 4 saylı uşaq poliklinikalarında ,10 saylı qadın məsləhətxanasında və  22 saylı şəhər xəstəxanasında keçirilən tədbirlərdə   çıxış edənlər bildirdilər ki, 1991-ci il oktyabrın 18-də   tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi.
Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səbatsız, səriştəsiz adamların yeritdikləri səhv siyasət
və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən  əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Məhz buna görə də Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçiliyində müstəsna yeri var və haqlı olaraq tariximizə müstəqil Azərbaycanın banisi və qurucusu kimi həkk olunub. Əsası ulu öndər tərəfindən qoyulan bu siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Keçidlər