Şriftin ölçüsü :

Saytın rəngi :

245 №li tam orta məktəbin komandası məhəllələrarası mini-futbol idman növü üzrə Bakı şəhər turnirinin qalibi olmuşdur.

18 oktyabr 2016 | 11:00

18 oktyabr 2016-ci il tarixdə Nərimanov rayonu ərazisində yerləşən  200 №li tam orta məktəbin futbol meydançasında “18 oktyabr – Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş məhəllələrarası mini-futbol idman növü üzrə Bakı şəhər turnirinin final oyunları keçirilmişdir. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2005-2006-ci il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda rayonumuzu təmsil edən 245 №li tam orta məktəbin komandası turnirin qalibi olmuşdur. Turnirin bağlanış mərasimində qalib komandaların üzvləri  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom,medal və kuboklarla mükafatlandırılmışlar.

Keçidlər