Xətai rayonunda 2016-ci ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi
19 oktyabr 2016-cı il tarixində Xətai Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2016-cı ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, millət vəkilləri Hüseynbala Mirələmov, Fuad Muradov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
İclası giriş sözü ilə açan Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açdı. Razim Məmmədov vurğuladı ki, dünyada təhlükələrin artması, iqtisadi böhranın daha da dərinləşməsi və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkməsi göz önündədir. Bununla belə Azərbaycanda uğurlu inkişafın təmin edilməsi, ictimai-siyasi vəziyyətin sabitliyi, ölkə qarşısında duran vəzifələrin həll olunması respublikada aparılan məqsədyönlü və hərtərəfli siyasətin nəticəsidir. Ölkəmizdə keçirilən referendum seçkiləri barədə danışan Xətai Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, referendum demokratik, ədalətli və tam şəffaf şəkildə keçirildi. Razim Məmmədov Azərbaycan xalqının mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz dəstəyini verdiyini, bunun da siyasətimizə növbəti dəfə xalq tərəfindən verilən böyük dəstək olduğunu xüsusilə vurğuladı.
Həmçinin, məruzə olunmuşdur ki, Cənab Prezidentin son dövrdə yerli icra strukturlarına verdiyi tapşırıqların icrası ilə bağlı rayon icra Hakimiyyəti ilin 9 ayında da məqsədyönlü tədbirlər həyata keçirmiş,ölkədə geniş vüsət alan sosial iqtisadi inkişaf, aparılan quruculuq-abadlıq işləri rayonumuzda da yüksək templə davam edir.
Cari ilin hesabat dövründə general Əliağa Şıxlinski küçəsinə 6 000 kvm-lik sahəsi, “Neapol dairəsi”nin ətrafı,Məzahir Rüstəmov küçəsinin 12400 kvm-lik sahəsi,Telnov və Sadıxcan küçələri bütövlükdə yenidən tikilmiş, general Əliağa Şıxlinski küçəsinə 750 p/m, Məzahir Rüstəmov küçəsinə 950 p/m,Telnov küçəsinə 2400 p/m,yeni səki daşı düzülmüş, bu yollarda avtomobillərin və piyadaların rahat hərəkəti təmin edilmişdir.
İlin 9 ayında rayonda aparılan abadlaşma və yenidən qurma işlərinin həcmi artmış, Bakı Ağ şəhər layihəsinin inşaası sürətlə aparılmış,Nobel prospektindən Xəqani Rüstəmov küçəsi istiqamətində yeraltı keçidin və Xəqani Rüstəmov küçəsinin Babək prospeki ilə birləşdirilməsi məqsədi ilə yeni yolun tikintisi davam etdirilmişdir.
Hesabat dövründə rayonun sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 599 milyon 504.2 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye istehsalının 14.0 faizi məhsul istehsalının, 86.0 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüşdür. Sənaye məhsulu istehsalının ümumi çəkisində mədənçıxarma sənayesində görülən xidmətlər 0.5 faiz, emal sənayesi 13.6 faiz, 83.9 faiz elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2.0 faiz tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur.
Bu müddətdə istehlakçılara 599 milyon 204.8 min manatlıq və ya bütün sənaye istehsalının 100.0 faizi qədər sənaye məhsulu göndərilmişdir.
2016-cı ilin əvvəlindən müəssisə və təşkilatlar tərəfindən rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 121 milyon 575.6 min manatlıq investisiya yönəldilmişdir. Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 33 milyon 068.6 min manat, dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar isə 88 milyon 507.0 min manat sərmayə yönəltmişdir. 2016-cı ilin yanvar-sentyabr aylarında 115 milyon 618.7 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.
Tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 87.8 faiz təşkil edərək 637 milyon 823.4 min manat olmuşdur.
2016-ci ilin doqquz ayında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən nəqliyyat sahəsində 494 milyon 396.9 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 40.9 faiz çox olmuşdur.
Rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 26 milyon 610.5 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 17.8 faiz çoxalmışdır.
Hesabat dövründə rayon ərazisində pərakəndə ticarət şəbəkələrindən əhaliyə 1 milyard 776 milyon 643.6 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 54.1 faiz çox əmtəə satılmışdır. Satılmış əmtəələrin 12.8 faizi hüquqi şəxs statuslu, 83.3 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 3.9 faizi rayonda fəaliyyət göstərən bazarda realizə olunmuşdur. Əhaliyə realizə olunmuş istehlak mallarının 56.3 faizini ərzaq məhsulları, 43.7 faizini isə qeyri-ərzaq malları təşkil etmişdir.
Əhalinin maliyyə imkanlarının göstəricisi hesab olunan pullu xidmətlərinin həcmi isə 46.2 faiz çoxalaraq 444 milyon 615.5 min manat olmuşdur.
Hesabat dövründə rayonun iqtisadiyyatında məşğul olanların sayı 56010 nəfər olmuşdur. Əhalinin həyat səviyyəsinin yüksəlməsini səciyyələndirən orta aylıq nominal əmək haqqı rayon üzrə 771.1 manat təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 15.7 faiz çox deməkdir. Sənaye müəssisələrində çalışanların orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9.4 faiz artaraq 726.4 manat, tikinti kompleksində1651.1 manat olmuşdur ki, bu da keçən illə müqayisədə 83.8 faiz çox olmuşdur.
Rayonda cari ilin doqquz ayında 4466 yeni iş yerləri yaradılmışdır ki, onun da 4186-sı daimi iş yerləridir. Hesabat dövründə 581 nəfəri yeni yaradılmış müəssisələrdə, 781 nəfəri mövcud müəssisələrdə, 142 nəfəri fəaliyyətini bərpa etmiş müəssisələrdə, 2682 nəfəri fiziki şəxslər tərəfindən, 280 nəfəri isə digər tədbirlər üzrə işə götürülənlərdir.yaradılmışdır.
Rayon MKTB tərəfindən binadaxili su və kanalizasiya xəttlərinin dəyişdirilməsi istiqamətində iş aparılmış, 971 p\m yağış su navalçaları dəyişdirilmiş,1450 mənzildə tüstü bacaları və havasorucu kanallar təmizlənmiş,323 ədəd qapı layı təmir olunmuş,271 kvm ümumi istifadə olunan yerlər şüşələnmiş,11456 kvm liftlərin damı təmir olunmuşdur.
Hesabat dövründə Cavanşir küçəsi boyunca Qum adasından gələn 530 millimetrlik 1200 metr uzunluğunda yeni magistral qaz xəttinin çəkilişi davam etdirilmiş, yenidən çəkilən bu xətt təkcə Xətai rayonunu deyil, paytaxtın böyük bir ərazisini qazla fasiləsiz təmin etməyə imkan verəcəkdir. İndi magistral xəttin Cavanşır küçəsindən keçən hissəsinin başa çatan sahəsində təmir işləri gedir.
Rayonun içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində işlər görülməkdədir. Bu sahədə tez-tez qəzaların baş verdiyi UPD deyilən yaşayış məntəqəsinin S.Əhmədov küçəsində yeni su xəttinin çəkilişində məqsəd respublika Prezidenti İlham Əliyevin qarşıya qoyduğu - paytaxt əhalisini 24 saat fasiləsiz su ilə təmin etmək tapşırığını ən qısa zamanda həll etməkdir. Hesabat dövründə 824 metrdən artıq magistral su xətti çəkilmiş, əhalinin sudan qənaətlə istifadə etməsi üçün 500-ə yaxın mənzilə müasir sayğacların quraşdırılmışdır. Rayonun Gəncə prospektində, Tusi, Sarayeva, M.Rüstəmov küçələrində də yeni su xətlərinin çəkilişi aparılmışdır.Hazırda rayon ərazisində fasiləsiz su ilə təmin olunan əhalinin sayı 243035 nəfər və ya 84,8 faiz təşkil edir.
Cari ilin 9 ayında Xətai rayon Məşğulluq Mərkəzinə 5745 nəfər müraciət etmişdir ki, bunların da 4909 nəfəri işaxtaran vətəndaş kimi qeydiyyatdan keçmişdir. 2016 – cı il üçün nəzərdə tutulmuş “Ərazi Məşğulluq Proqramı”na əsasən, ilin 9 ayında müraciət edən vətəndaşların 754 nəfəri daimi işlə təmin edilmişdir.
Rayon ərazisindəki qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təminatı, həmçinin məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması da rayon İcra Hakimiyyətinin diqqətində olmuşdur.Nazirlər Kabinetinin 14 aprel 2016-cı il tarixli 217 s saylı sərancamı əsasında qəzalı vəziyyətdə olan iki yataqxana binasında yaşayan 186 ailənin, o cümlədən 25 məcburi köçkün ailəsinin təhlükəsizliyini təmin etmək məqsədi ilə həmin ailələrə 45 min manat maddi yardım göstərilərək onların köçürülmələri təmin edilmiş və hər iki yataqxana binası sökülmüşdür.
Digər sahələrdə olduğu kimi təhsildə də uğurlarımız çox olmuşdur.Belə ki, 2015-2016-cı tədris ilində 2628 nəfər XI sinifdə təhsil almış, şagirdlərimizin 2294 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermiş və onlardan 1602 nəfəri uğurlu nəticə göstərərək ali məktəblərə qəbul olmuşdur. Ali məktəblərə qəbul olanların 238 nəfəri 500-600 arası, 107 nəfəri 600-650 arası, 41 nəfər isə 650 və daha yüksək bal toplayaraq yüksək nəticə göstərmişdir. Xətai rayon məktəbləri üzrə ali məktəblərə qəbul faizi 70% təşkil etmişdir. Qəbul faizinə görə ən yüksək nəticə göstərən məktəb-liseylərdən 287 saylı Zəkalar liseyi – 95 %, 147 saylı Texniki-humanitar liseyi – 88%, Humanitar fənnlər təmayüllü məktəb-lisey – 86 %, 261 saylı məktəb-lisey – 82 %, Heydər Əliyev adına lisey – 76 %, 264 saylı məktəb-lisey – 70 % nəticə göstərmişdir. Həmçinin 171, 165 və 27 saylı məktəblərin göstəricisi 80 %-dən yuxarı olmuşdur. Üç məzunumuz 64, 204 və 257 saylı məktəblərin məzunları orta məktəbi qızıl medalla başa vurmuş,8 məzun tələbəmiz Prezident təqaüdünə layiq görülmüşdür.
Qeyd olunmalıdır ki, cari tədris ilində 4 məktəbimizdə cənab Prezident olaraq onlardan 2-sinin 265 və 261 saylı məktəblərin əsaslı təmirdən sonra açılışında, 2 məktəbdə isə 58 və 245 saylı məktəblər yeni tikilən tədris korpusunun açılışında iştirak etmişdir.Cənab Prezident açılışında iştirak etdiyi hər bir məktəbdə şagird və müəllimlər üçün yaradılmış şəraitdən məmun olduğunu bildirərək “Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Bakı şəhərinin təhsil sistemində əhəmiyyətli olduğunu xüsusi qeyd etmişdir.
“Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində rayonumuzdakı 3 nömrəli uşaq evində əsaslı təmir və bərpa işləri başa çatmışdır.Artıq bu uşaq evinin sakinləri ən müasir tələblərə cavab verən binada yaşayacaqlar. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva müəssisənin əsaslı təmirdən sonra bu uşaq evində olaraq müəssisədə yaradılan şəraitlə tanış olub, uşaq evinin sakinləri ilə söhbət etmiş, onların qayğıları və arzuları ilə maraqlanmışdır.
Əsaslı təmir zamanı əlavə yeməkxana, gimnastika, idman və akt zalları, valideynlərlə görüş otağı inşa edilib. Təmirdən sonra uşaq evinin binasının sahəsi 590 kvadratmetr artaraq 2126 kvadratmetr təşkil edir.Müəssisənin həyətində süni yaşıl örtüklü idman meydançası yaradılıb, yaşıllıq salınıb, ərazidə və binanın fasadında müasir işıqlandırma sistemi, uşaqların istirahəti üçün dekorativ oturacaqlar quraşdırılıb.
Rayonumuzda 3,2 ha sahədə qısa müddətdə yeni yaradılan “Sevirəm” park kompleksinin də bu yaxınlarda açılışı olmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak etmişlər. Yeni yaradılan park kompleksi barədə dövlətimizin başçısına məlumat verilmişdir ki, ərazinin torpağı mərmər tozundan və neft tullantılarından təmizlənəndən sonra 2016-cı ilin iyunundan parkın yaradılmasına və tikinti işlərinə başlanılmışdır.
Rayonun hüquq-mühafizə orqanları ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər.