Şriftin ölçüsü :

Saytın rəngi :

265 saylı tam orta məktəbdə "Dini ekstremizm və fəsadları" mövzusunda tədbir keçirildİ

20 oktyabr 2016 | 11:00

20.10.2016-cı il tarixdə Xətai rayonundakı 265 saylı tam orta məktəbdə "Dini ekstremizm və fəsadları" mövzusunda tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon Ağsaqqallar şurasının sədri Qurban Əlizadə, DTX-nin əməkdaşı Orxan Qarayev,  rayon Polis idarəsindən polis mayoru Mais Nuriyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin məsləhətçisi Vasif Musayev, Qarabağ Müharibəsi Əlilləri və Şəhid ailələri ictimai birliyinin sədri Fuad Salahov, Günəşli məscidinin təsisçisi Mircəfər Nəsirov, Əhmədli məscidinin axundu Hacı Murad Cəfərov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan rayon İcra Hakimiyyəti aparatının İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov  Azərbaycanda milli-mənəvi dəyərlərə verilən önəmdən və dinimizə dövlət səviyyəsində olan qayğıdan söz açdı. Həmçinin,  bir çox müsəlman ölkələrində din pərdəsi altında baş verən hadisələrin fəsadlarına da diqqət çəkdi. Ölkəmizdə hökm sürən tolerant, multikultural mühiti pozmağa çalışan  bəzi neqativ, yad ideologiyaların təsirlərinə məruz qalmış şəxslərin cəhdlərini vurğulayaraq, hazırda milli təhlükəsizliyimizi təhdid edən ən başlıca problemin məhz dini ekstremizm olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Digər çıxış edənlər dini ekstremizmin tarixi kökləri, onun yaranma səbəbləri və müasir durumu ilə bağlı çıxış ediblər. Dindən öz mənafeləri üçün istifadə edən bu qüvvələrin insanları inandırmaq üçün Quran ayələrinin əksəriyyətinin konteksdən çıxarılaraq izah edildiyini bildirilib. Halbuki bu ayələrin mənaları və nazil olma səbəbləri tamamilə başqadır, hətta bəzi hallarda iddia edilənin tam əks mənasına gəlir.  Qeyd edilib ki, bu gün Suriyada və İraqda günahsız yerə öldürülən yüz minlərlə insan heç bir səbəb olmadan müəyyən maraqların qurbanına çevrilib. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Keçidlər