Şriftin ölçüsü :

Saytın rəngi :

58 saylı orta məktəbdə "Yol təhlükəsizliyi" mövzusunda maarifləndirici konfrans keçirilib

20 oktyabr 2016 | 11:00

20.10.2016-cı il tarixdə Xətai rayonundakı 58 saylı tam orta məktəbdə "Yol təhlükəsizliyi" mövzusunda maarifləndirci konfrans keçirilib.
Respublikamızda əhalinin sayının artması, yeni iş yerlərinin yaradılması nəqliyyat vasitələrinin çoxalmasına gətirib çıxardıb. Bu da öz növbəsində yol nəqliyyat hadisələrinin baş verməsini qaçılmaz edir. Bü cür hadisələrin baş verməməsi üçün yerlərdə əsasən də orta təhsil müəsisələrində bir sıra maarifləndirmə işləri aparılır. Yol mədəniyyətinin və yol təhlükəsizliyinin artırılması məqsədi ilə Xətai Rayon İcra Hakimiyyəti və "Həyat" Humanitar dəstək içtimai birliyinin birgə təşkilatçılığı ilə 58 saylı orta məktəbdə növbəti maarifləndirmə tədbiri keçirildi. "Yol təhlükəsizliyi" adlı konfransda məqsəd məktəblərdə təhsil alan şagirdlərin bu sahədə biliklərinin artırılmasından və bununla da onların yollarda üzləşəcək təhlükələrin minimuma endirilməsinə nail olmaqdan ibarətdir.
Tədbirdə çıxış edən Xətai rayon icra hakimiyyəti baçısının müavini Jalə Abdıyeva bildirdi ki,yol qaydalarının təkmilləşdirilməsi, yol hərəkətinin təhlükəsizliyinin təmin etmək məqsədilə rayonda müxtəif layihələr həyata keçirilir. "Yol təhlükəsizliyi" mövzusunda keçirilən konfrans da məhz bu çərçivədə görülən işlərin davamıdır.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, Vaqif Əsədov, QHT nümayəndələri belə tədbirlərin məktəblərdə keçirilməsinin və bu cür layihələrin davamlı olmasının yol nəqliyyatı hadisələrinin azaldılması istiqmətində atılan addımlardan olduğunu diqqətə çatdırdılar. Konfransda yol hərəkətinin əsas iştirakçılarının vəzifələri, yol təhlükəsizliyinin müxtəlif aspektləri, sürət həddinin gözlənilməsini, piyada keçidindən, təhlükəsizlik kəmərindən istifadə qaydaları və digər bu kimi mövzular ətrafında müzakirələr aparıld. Şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər