Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə şəhid anaları ziyarət edilib

08 mart 2024 | 09:30

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Xətai rayon İcra Hakimiyyətinin məsul işçiləri şəhid analarını ziyarət ediblər. 
Görüşlərdə şəhidlərimiz kimi, onların analarının, xanımlarının, övldlarının da bütün xalqımız üçün çox qiymətli olması vurğulanıb. Şəhid anaları Beynəlxalq Qadınlar Günü münasibət ilə təbrik edilib və onlara gül dəstələri və hədiyyələr təqdim edilib.
Görüşlərdə şəhid ailələrini narahat edən məsələlər, onların arzu və istəkləri dinlənilib. Şəhid anaları ölkə rəhbərliyinin onları daim diqqətdə saxladıqları və qayğı ilə əhatə etdiyi üçün öz təşəkkürünü bildirmiş və Mehriban xanım Əliyevanı da 8 Mart münasibəti ilə təbrik etmişlər.

Keçidlər