Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr - Zəfər Günü ilə bağlı Xətai rayonunda silsilə tədbirlər keçirilir

07 noyabr 2023 | 17:06

Tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyi olan 8 Noyabr - Zəfər Günü ilə bağlı Xətai rayonunda silsilə tədbirlər keçirilir.

Tədbirlərdə Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər iştirak edirlər.

Tədbirlərdə qeyd olunur ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazandığımız 44 günlük Vətən müharibəsinin və lokal antiterror əməliyyatlarının reallıqları, böyük Qələbəmizin əsasında duran xalq-dövlət-ordu birliyi amili, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyi gerçəkliklər gənclərimiz tərəfindən öyrənilməli və gələcək nəsillərə ötürülməlidir.

Keçidlər