Xətai rayonunda bal yarmarkası təşkil olunub
Oktyabrın 15-də Xətai rayonu, Nobel prospekti 23 ünvanda yerləşən "Amay" ticarət mərkəzində arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkası fəaliyyətə başlayıb.
Bu il təşkil olunmuş yarmarkada şəffaflığın təmin olunması məqsədilə görülən işlər, həm alıcılar, həmdə satıcılar üçün yaradılan münbit şəraitdən xəbər verir. Yarmarkada Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ciddi nəzarət tədbirləri həyata keçirilir. Belə ki, yarmarkaya yüksək keyfiyyətli arıçılıq məhsulları çıxarılması üçün məhsullar ilkin olaraq regional baytarlıq laboratoriyalarında, sonra isə Respublika Baytarlıq Laboratoriyasında tam yoxlanılır. Yarmarkaya ümumilikdə 71,7 ton məhsul çıxarılıb.
Qeyd edək ki, sərgi-satış yarmarkası noyabrın 15-nə kimi davam edəcək.