Şriftin ölçüsü :

Saytın rəngi :

22-23 oktyabr tarixlərində Xətai rayonunda növbəti kənd təsərrüfatı məhsulları yarmarkası keçirilmişdir

22 oktyabr 2016 | 11:00

Xətai rayonunda, Məzahir Rüstəmov küçəsində, “Bakı” kinoteatrının yaxınlığında  kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmuşdur. Yarmarkaya Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Ağcabədi və digər rayonlardan 250  tona yaxın müxtəlif kənd təsərrüfatı məhsulları gətirilmişdir. Onlardan 2 ton ət, 2500  l süd, 0,4 ton konserv məhsulları, 160 ton meyvə-tərəvəz, 0,3 ton bostan və  0,1 ton taxıl məhsullarıdır. Bundan başqa yarmarkada 80 ton kartof, 120 min ədəd isə yumurta və toyuq məhsulları satışa çıxarılmışdır.
Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şərait yaradılmışdır. Nəzarət tərəzisi qoyulmuş, lövhələrdə məhsulların qiymətlərinin  bazardakı qiymətlərlə müqayisəsi göstərilmişdir.
Fəaliyyət göstərən yarmarkaların məqsədi paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək, bazarlarda mövcud qiymətlərin sabit saxlanmasıdır.

Keçidlər