Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Tarix bizi yaşadır” adlı bilik yarışması

21 oktyabr 2016 | 11:00

21 oktyabr 2016-cı il tarixdə 95 №li tam orta məktəbdə Xətai rayon Gənclər və İdman İdarəsinin təşkilatçılğı ilə rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Tarix bizi yaşadır” adlı bilik yarışması keçirilmişdir.
Xətai rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov iştirakçıları yarışın Əsasnaməsi ilə tanış etdikdən sonra yarışmaya start verilmişdir.
Qeyd edək ki, yarış Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən test üsulu ilə hazırlanmış xüsusi kitabçalar əsasında keçirilmişdir.
Bilik yarışının nəticələrinə görə Humanitar Fənlər Təmayüllü məktəb-liseyin 9b sinif şagirdi Əkbərli Uğur Taleh oğlu I yerə, 264 №li tam orta məktəbin 9a sinif şagirdi Fərzəlizadə Xəyal Fərzalı oğlu, Kaspi Liseyinin 9a sinif şagirdi Rəfizadə Nurgün Mətin qızı və 261 №li tam orta məktəbin 9a sinif şagirdi Rufulla Vüqar Ceyhun oğlu II yerə, 59 №li tam orta məktəbin 9e sinif şagirdi Bayramova Qərənfil Firudin qızı, 64 №li tam orta məktəbin 9a sinif şagirdi Əkbərov Rəşad Mehman oğlu, 254 №li tam orta məktəbin 9b sinif şagirdi Məmmədli Xədicə Elşad qızı və 287 №li Zəkalar Liseyinin 9a sinif şagirdi Əhmədov Vüsal Füzuli oğlu III yerə layiq görülmüşdür.

Keçidlər