Şriftin ölçüsü :

Saytın rəngi :

264 №Lİ MƏKTƏB-LİSEY POLİATLON ÇOXNÖVÇÜLÜYÜ ÜZRƏ BAKI ŞƏHƏR ÇEMPİONATININ QALİBİ OLMUŞDUR

27 oktyabr 2016 | 11:00

27 oktyabr 2016-cı il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən payız çağırışına həsr olunmuş “Vətənin Müdafiəsinə Hazıram” devizli Poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı keçirilmişdir.
17 - 19 yaşlı yeniyetmə və gənclər arasında keçirilən yarış 100 m və 1000 m məsafələrə qaçış və turnikdə dartınma növlərindən ibarət olmuşdur. Yekun nəticələrə əsasən komanda hesabında I yeri Xətai rayon komandası, II yeri Nizami rayon komandası, III yeri Binəqədi rayon komandası tutmuşlar. Şəxsi hesabda I yeri Paşayev Murad (Nizami rayonu), II yeri Nəsibov Nəriman (Xətai rayonu), III yeri Mirzəyev Murad (Xətai rayonu) tutmuşlar. Bundan əlavə 100 m məsafəyə qaçış növündə ən yaxşı nəticəni Nəsibov Nəriman (Xətai rayonu - 12,17 san), turnikdə dartınma növündə ən yaxşı nəticəni Rəhimov Fərman (Xətai rayonu - 25 dəfə), 1000 m məsafəyə qaçış növündə ən yaxşı nəticəni Paşayev Murad (Nizami rayonu - 3 dəq 21 san) göstərmişlər. Komanda və şəxsi hesabda fərqlənən idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunacaqlar.
Qaliblərimizi təbrik edirik!

 

Keçidlər