Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Mülki Aviasiya Muzeyinə ekskursiya keçirilmişdir

07 noyabr 2016 | 11:00

7 noyabr tarixdə 9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı günü və 12 Noyabr-Azərbaycan Respublikasının Konstitusiya günü münasibətilə 249 №li tam orta məktəbin bir qrup şagirdlərinin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyinə ekskursiyası təşkil olunmuşdur.
Muzey haqqında ekskursiya iştirakçılarına ətraflı məlumat verən bələdçi qeyd  etmişdir ki, muzey ümummilli lider Heydər Əliyevin  təşəbbüsü ilə 2005-ci ilin aprel ayında “Azərbaycan Hava Yolları” Dövlət Konserni tərəfindən yaradılmışdır.
Ümumi sahəsi 254.88 kvadrat metr olan muzey fond və ekspozisiya şöbələrindən ibarətdir.
Muzeyin fondunda Azərbaycan mülki aviasiyasının dünəninin və bugününün öyrənilməsində zəruri olan əyani vəsaitlər, qəzet materialları, əlyazmaları, qərar və sərəncamlar kimi dövlət sənədlərinin surətləri, fotoşəkilləri, filmlər, bədii ədəbiyyat, təsviri sənət nümunələri və digər məlumatlar toplanılmışdır. Onların ümumilikdə sayı 9000-dən artıqdır.
Ekpozisiya şöbəsi tarixi xronologiya üzrə 10 bölmə əsasında qurulmuşdur. Bu bölmələrin hər birində Azərbaycanın mülki aviasiyasının yaradılması üçün atılmış ilk addımlardan başlayaraq, bu gün müstəqilliyimizin bərpa edildiyi dövrdə baş verən sürətli inkişafadək keçilmiş yollar işıqlandırılmışdır.
Ekpozisiyada 1910-cu ildə Bakıda ilk uçuşun həyata keçirilməsi, ilk aerodromun tikilməsi, 1915-ci ildə Bakıda açılmış dəniz aviasiyası zabitlər məktəbinin yaradılması, 1931-33-cü illər ilk hava limanının (Binə hava limanı) inşası, 1938-ci il 2 iyun tarixində Azərbaycanın ilk müstəqil mülki aviadəstəsinin təşkil olunması, Yevlax, Zabrat aviamüəssisələrinin fəaliyyəti, mülki aviasiyanın yaradılmasında və inkişafında xidmətləri olan təyyarəçilər, həmçinin ümummilli liderimiz Heydər Əliyevin əsl memarı olduğu Azərbaycanın müasir mülki aviasiyasını əks etdirən yazılı və foto materiallar nümayiş olunur.

Keçidlər