Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Beynəxalq Tolerantlıq günü münasibətilə tədbir keçirilib

10 noyabr 2016 | 11:00

Xətai rayonunda Beynəxalq Tolerantlıq günü münasibətilə tədbir keçirilib. Tədbirdə millət vəkilləri, YAP-nın fəalları, rayon içtimaiyyəti, müxtəlif dinlərə mənsub icmaların nümayəndələri iştirak ediblər.
Xətai rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov keçilən tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanı dünyaya sülhsever ölkə kimi tanıdan əsas meyarlardan biri onun tolerant olmasıdır. Dövlətimizin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan milli və dini icmaların arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır.
Xətai rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva çıxış edərək bildirib ki, 1995-ci ildən YUNESKO səviyyəsində dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da bu gün tolerantlıq günü kimi qeyd olunur. Hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi Xətai rayonunda da milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq məfkurəsinə mühüm diqqət yetirilir. Bunun nəticəsi olaraq Xətai rayonu Türkiyə, Belarus, Yaponiya kimi dövlətlərlərin şəhərləri ilə qardaşlaşma ilə bağlı ikitərəfli müqavilələr imzalanıb.
Tədbirdə iştirak edən millət vəkili Fuad Muradov tolerantlıq mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki,Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının çoxəsrlik multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Eləcə də birinci xanım,  Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın bu sahədə əməyi danılmazdır.
Çıxış edən 257 nömrəli məktəbin müəllimi Maral Əliyeva, 264 nömrəli məktəbin müəllimi əslən koreyalı olan Tsoy Angelina, 245 saylı orta məktəbin şagirdi Əfqanıstandan olan, valideyinləri Azərbaycanda qaşqın kimi məskunlaşmış Omid Ehsani və başqaları bildiriblər ki, bu gün Azərbaycanda sinaqoqlar, məscidlər, pravoslav və katolik kilsələri, eləcə də atəşpərəs məbədləri var. Dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir insan bərabərhüquqlu və azaddır. Bu da öz növbəsində Azərbaycanın tolerant ölkə olmasını bir daha təsdiq edir. 
Çıxış edən rayon din xadimləri, ziyalıları bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəldilən pozuculuq fəaliyyətlərindən bəhs edərək, dövlətimizin bu kimi neqativ halların qarşısını almağa qadir olduğunu bildiriblər.

Keçidlər