Şriftin ölçüsü :

Saytın rəngi :

260 SAYLI MƏKTƏBDƏ “BEYNALXALQ TOLERANTLIQ GÜNÜ” İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB.

11 noyabr 2016 | 11:00

Noyabrın 11-də Xətai rayonu 260 saylı tam orta məktəbdə “Beynəlxalq tolerantlıq günü” münasibətilə tədbir keçirilib. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov,  Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin aparıcı məsləhətçisi Pərvin Əlizadə və məsləhətçi Vasif Musayev, məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak ediblər.
  Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Qiyas Quliyev Milli mənəvi dəyərlərin məktəblilərin tərbiyəsindəki rolundan danışıb, məktəbdə bu sahədə görülən işlərdən bəhs edib.
  Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov Azərbaycanın Tolerantlıq modelinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, “Beynəlxalq Tolerantlıq günü” 1995-ci ildə UNESCO-nun 50 illiyi müasibəti ilə təsis edilib. Çıxış edən natiqlər dövlətin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə mövcud tolerant mühitin dünyaya təbliğ olunmasından, hətta dünya ölkələrinin bəzilərində Azərbaycan multikulturalizminin fənn kimi tədris olunmasından bəhs ediblər. Azərbaycanın tarixən milli-mənəvi cəhətdən zəngin, müxtəlif dil, din və mədəniyyətlərin sərbəst şəkildə inkişaf etdiyi məkanlardan biri olduğunu qeyd ediblər.

Keçidlər