Şriftin ölçüsü :

Saytın rəngi :

12 noyabr- Konstitusiya günü münasibətilə Xətai rayonunda tədbir keçirilib

12 noyabr 2016 | 11:00

12 noyabr- Konstitusiya günü münasibətilə Xətai rayonunda tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Konstitusiyamızın yaranma tarixi və təkmilləşdiriməsi istiqamətində görülən işlərdən danışılıb.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə respublikamızda ikinci dəfə hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi bir çox islahatlar haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, böyük siyasətçi və dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin yeritdiyi müdrik siyasət nəticəsində dövlətimiz  möhkəmlənmiş, Azərbaycan böyük bir inkişaf yoluna qədəm qoymuşdur. 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunan Konstitusiya müasir dünyanın sivil dəyərlərinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradıb.
YAP-nın Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, Ombudsman aparatının sektor müdiri Müqabil Mahmudov, təhsil ocaqlarının rəhbərləri, rayon fəalları çıxışlarında Azərbaycanda Konstitusiyanın yaranmasından, milli-mənəvi dəyərlərin qorunması istiqamətində atılan addımlardan danışıblar. Qeyd olunub ki, insanların hüquq və bərabərliyinin, iradə azadlığının qanunlar toplusunda təsbit olunması, bunun ümumxalq səsverməsi yolu ilə təsdiqini tapması Azərbaycanın gələcəyinə hesablanan uğurlu siyasi addımdır.
Tədbir müzakirələrlə davam etdirilib.

Keçidlər