Şriftin ölçüsü :

Saytın rəngi :

“Tolerantlıq-dinlər və millətlər arası dialoqun təminatçısıdır”mövzusunda tədbir keçirilib

12 noyabr 2016 | 11:00

  Noyabrın 12-də Xətai rayonundakı Əhmədli məscidində “Tolerantlıq-dinlər və millətlər arası dialoqun təminatçısıdır” mövzusunda tədbir keçirilib.
  Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin aparıcı məsləhətçisi Vasif Musayev, Əhmədli məscidinin axundu Hacı Murad Cəfərov, Mir Tağı məscidinin axundu Hacısəlim Kərimov, dindarlar, ziyalılar, gənclər və ağsaqqallar iştirak ediblər.
  Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov bildirib ki, “Beynəlxalq tolerantlıq günü” 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edilib. Həmçinin, dövlət-din münasibətləri barədə məlumat verib, dünyada cərəyan edən proseslərdə dindən siyasi alət olaraq istifadə edilməsinin çox ağır nəticələrə səbəb olduğunu qeyd edib. 
  Çıxış edən natiqlər dövlətin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə mövcud tolerant mühitin dünyaya təbliğ olunmasından, hətta ölkələrinin bəzilərində Azərbaycan multikulturalizminin fənn kimi tədris olunmasından bəhs ediblər.
  Sonra natiqlər Ulu öndər Heydər Əliyev və onun siyasi kursunun davamçısı- ölkə başçısı cənab İlham Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıblar. Bildirilib ki, Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlərin, xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Tolerantlığın xalqımızın həyat tərzi olduğunu bildirən natiqlər bu nümunəvi yaşam normasının başqa millətlərin və dinlərin nümayəndələrinin iştirakı ilə ölkəmizdə keçirilən beynəlxalq forumlar və konfranslar vasitəsilə dünyaya uğurla təqdim edildiyini qeyd ediblər.

Keçidlər