Xətai rayonunda “Sağlam Həyat” adlı tədbir keçirilib
14 noyabr 2016 | 11:00
14 noyabrda 257 №li tam orta məktəbdə yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq və onlar arasında sağlam həyat tərzinin düzgün təbliğ olunması məqsədilə “Sağlam Həyat” adlı tədbir keçirilib. Tədbirdə şagirdlər tərəfindən bir sıra maarifləndirmə xarakterli səhnəciklər və video roliklər nümayiş olunub.
Tədbirdə Xətai rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov, 257 № li tam orta məktəbin direktoru Qarat Qaratov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.