Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" mövzusunda konfrans keçirilib

18 noyabr 2016 | 11:00

Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi və gənc nəslə çatdırılması istiqamətində Xətai rayon İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlər həyata keçirilir. "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" mövzusunda YAP Xətai rayon təşkilatının binasında keçirilən konfrans da elə bu qəbildəndir.
  Xətai rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" mövzusundakı konfransın keçirilməsində məqsəd Ulu Öndərin siyasi irsinin öyrənilməsi, onun təbliği, həmçinin dövlətçilik fəlsəfəsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərini gənc nəslə çatdırmaqdır.
Konfranda çıxış edən  rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədov diqqətə çatdırdı ki, Ümummilli lider zəngin həyatını Azərbaycan dövləti və xalqına həsr edib. İstər Sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Ulu Öndərin Respublikaya rəhbərlik etdiyi zaman kəsiyi Azərbaycan tarixinə inkişaf mərhələsi kimi daxil olub. Ulu Öndərin əsasını qoyduğu və onun işlərinin layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı siyasət və məqsədyönlü fəaliyyət nəticəsində bu gün Azərbaycan iqtisadi inkişafı və hərbi qüdrəti ilə regionun aparıcı dövlətinə çevrilib. Azərbaycanın hərtərəfli inkişafı onun dünya dövlətləri arasında olan nüfuzunun durmadan artmasına səbəb olub.
Digər çıxış edənlər-millət vəkili Hüseynbala Mirələmov, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, rayon ziyalıları, gənclər bildiriblər ki, 1993-cü ildə yenicə müstəqilliyini qazanmış Respublikamızın dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda məhz Ulu Öndər Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxıb.
Konfransın sonunda "Heydər Əliyev və Azərbaycan" adlı qısametrajlı film nümayiş olunub.

 

 

Keçidlər