Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində təşkil olunan maarifləndirici tur-aksiyanın iştirakçılarının təntənəli qarşılanma mərasimi keçirilib

21 noyabr 2016 | 11:00

20 noyabr tarixdə “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Xətai  məktəblilərinin Gəncə, Göygöl, Şəmkir rayonlarına səfərləri başa çatdı. Səfərdən qayıdan məktəbliləri Heydər Əliyev adına istirahət parkında valideynləri və Xətai Rayon İcra Hakimiyyətinin rəsmiləri qarşıladılar.
Qarşılanma mərasimində çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışdı. Bildirdi ki, turun keçirilməsində əsas məqsəd şagirdlərə onlara ölkəmizin rayonları, tarixi abidələri, muzey və mərkəzlərini daha da yaxından tanımaqdır.
İctimaiyyət nümayəndələri, valideynlər bu cür aksiyanın gələcək nəslin vətənpərvər ruhda böyüməsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdılar. Aksiyanın təşkilinə görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər. Səfərdən böyük təəssüratla qayıtdıqlarını deyən məktəblilər isə belə aksiyaların onların dünyagörüşlərinə böyük təsir göstərdiyini dedilər. Aksiya çərçivəsində ən maraqlı məqamlardan biri də  iştirakçılar arasında keçirilən “Nə? Harada? Nə zaman?” intelektual bilik yaraşmasının qalibinin məhz Xətai rayon məktəblilərinin olması olub.
Qarşılanma mərasimi rayon mədəniyyət evinin kollektivinin ifasında rəngarəng musiqilərlə davam etdirilib. Sonda xatirə şəkilləri çəkildi.

Keçidlər