Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 171 saylı orta məktəbdə “Narkomaniyaya qarşı mübarizə ” mövzusunda tədbir keçirilmişdir
12 mart 2013-cü il tarixdə Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 171 saylı orta məktəbdə “Narkomaniyaya qarşı mübarizə ” mövzusunda tədbir keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin, əlaqədar qurumların nümayəndələrinin, səhiyyə işçilərinin, hüquq mühafizə orqanları əməkdaşlarının və məktəblilərin iştirak etdikləri tədbirdə ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən, həyata keçirilən profilaktik tədbirlərdən danışılmış, bəşəriyyət üçün çox ciddi problemə çevrilmiş narkomanlığın yayılmasına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, bu sahədə valideyn və müəllimlərin, əmək kollektivlərinin üzərinə çox böyük vəzifələr düşür.
Tədbirdə vurğulanmışdır ki, “ağ ölüm”lə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması, bu sahədə təhsil müəssisələrinin, idman təşkilatlarının, eləcə də ictimaiyyətin rolu böyük əhəmiyyət kəsb edir. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, narkomaniyanın törətdiyi fəsadlardan bəhs edən film nümayiş etdirilmişdir.