Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Talassemiyaya qarşı mübarizə” adlı maarifləndirici tədbir keçirilmişdir

29 noyabr 2016 | 11:00

29 noyabr 2016-cı il tarixdə Xətai rayon 95 №-li tam orta məktəbdə Xətai rayon Gənclər və İdman İdarəsi, 95 № li tam orta məktəb və Bakı şəhəri Yeniyetmələrin 23 nömrəli Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli 1044 nomrəli Sərəncamı ilə təsdiq edilmiş “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planının 5.7.3-cü bəndinin icrası təmin etmək və yeniyetmə və gənclər arasında talassemiyanın profilaktikası sahəsində geniş maarifləndirmə işi aparılırması məqsədilə “Talassemiyaya  qarşı mübarizə” adlı tədbir keçirilmişdir.
Tədbirdə Respublika Talassemiya Mərkəzinin poliklinika şöbəsinin müdiri Zemfira Mirzəyeva, Xətai rayon Gənclər və İdman  İdarəsinin rəis müavini Zemfira Əmirbəyova, Yeniyetmələrin 23 №-li Yaradıcılıq Mərkəzinin direktoru Könül Hüseynova,  həmçinin məktəbin yuxarı sinif şagirdləri, müəllimlər və vəlideynlər iştirak etmişlər.
Əvvəlcə talassemiya xəstəliyi  ilə bağlı video çarx nümayiş olundu.
Çıxış edən Respublika Talassemiya Mərkəzinin poliklinika şöbəsinin müdiri Zemfira Mirzəyeva bu xəstəliyin simptomları, qarşısının alınması, həmçinin donorluğun xəstəliyin müalicəsindəki önəmi haqqında tədbir iştirakçılarına məlumat verdi. İrsi qan xəstəliyi olan talassemiyanın cəmiyyətin ümumi sağlamlığı üçün təhlükə yaratdığını qeyd edən şöbə müdiri bildirdi ki, bu qan azlığı xəstəliyindən əziyyət çəkən xəstələrin vaxtaşırı qan köçürmələrinə ciddi ehtiyacı vardır. Talassemiya ilə mübarizədə Heydər Əliyev fondunun Talassemiyalı xəstələrə göstərdiyi qayğı və əvəzsiz xidmətləri xüsusilə vurğulandı.
Daha sonra Yeniyetmələrin 23 №-li Yaradıcılıq Mərkəzinin dərnək üzvü,  talassemiya xəstəliyindən əziyyət çəkən 7 yaşlı Tahir Elnur oğlu Əliyevin anası çıxış edərək xəstəliyin necə aşkar olunması və cəkdiyi əziyyət, dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı.
Sonda “Talassemiyaya  qarşı mübarizə” mövzusunda nümayiş olunan rəsm sərgisinin iştirakçıları Xətai rayon Gənclər və İdman  İdarəsi tərəfindən diplomla mükafatlandırılmışlar.

Keçidlər