3 Dekabr-Əlillər günü Xətai rayonunda da qeyd edilib
3 dekabr-Əlillər günü Xətai rayonunda rayon İcra hakimiyətinin təşəbbüsü ilə Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi, 20 Yanvar əlillərinin, tənha və kimsəsiz ahılların iştirakı ilə qeyd edilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva bildirib ki, bu qəbildən olan insanların sosial problemlərinin həllinə
dövlət qayğısı ildən-ilə artır. Dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində onların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilir. Bu cür tədbirlərin keçiriləməsində əsas məqsəd isə fiziki imkanları məhdud olan insanlara diqqət və qayğı göstərmək, onları cəmiyyətə inteqrasiya etməkdir. Qeyd olunub ki, hazırda rayonda 13 mindən çox fiziki qüsurlu vətəndaş yaşayır. Onların arasında 6 mini müharibə əlili, 800 nəfər anadangəlmə fiziki qüsurlu uşaqlar, 330 nəfəri isə ahıl və digər qrup əlillərdir.
Digər çıxışçılar əlillərin sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və görülən işlərdən danışıblar.
Tədbir çərçivəsində, həmçinin, bir qrup Qarabağ müharibəsi veteranına “Vətən naminə” medalı təqdim olunub.
Tədbir rayon mədəniyyət evinin kollektivinin ifasında milli rəqslərin nümayişi ilə davam etdirilib.