Xətai rayonundakı 263 saylı məktəbdə milli qəhrəmanlar, Qarabağ müharibəsi veteranları və iştirakçıları ilə məktəb şagirlərinin görüşü keçirilmişdir
14.12.2016-cı il tarixdə Xətai rayonundakı 263 saylı tam orta məktəbdə milli qəhrəmanlar, Qarabağ müharibəsi veteranları və iştirakçıları, həmçinin, aprel döyüşlərində şəhid olmuş pilot Təbriz Musazadənin atası ilə məktəb şagirlərinin görüşü keçirilmişdir.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti Başçısı aparatının şöbə müdiri Pənah İmanov çıxış edərək, xalqımızın, o cümlədən, Qarabağ savaşında iştirak etmiş döyüşçülərin qəlbində xoş və unudulmaz xatirələrlə yuva salmış ümummilli liderimiz Heydər Əliyevin Qarabağ veteranlarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışmışdır. Natiq həmçinin bildirmişdir ki, Heydər Əliyev hərbçilərə həmişə diqqət və qayğı ilə yanaşır, onların problemlərinin həllinə çalışır, müharibə veteranları, şəhid ailələrinə xüsusi diqqət göstərilməsini hamıdan tələb edirdi. Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən müharibə veteranları və şəhid ailələrinə göstərilən ehtiram və qayğı gündən-günə artırılır, onların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Bu gün Heydər Əliyev Fondunun Prezidenti, Millət Vəkili Mehriban Əliyeva tərəfindən də sosial yardıma ehtiyacı olan vətəndaşların, xüsusi ilə veteranların, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin maddi, sosial, məişət problemlərinin həllinə böyük diqqət göstərilir.
Görüşdə çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədr müavini Şura Məmmədov, birliyin Xətai rayon filialının sədri Fuad Salahov, birliyin Nizami rayon filialının sədri Məhin Mehdiyev, Milli Qəhrəman Zabit Quliyev, Milli Qəhrəman Rövşən Əliyevin bacısı Fəranə Əliyeva dövlət tərəfindən Qarabağ veteranlarına, əlillərinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdılar. Natiqlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə işğal olunmuş torpaqlarımızın azad edilməsinə hər zaman hazır olduqlarını qeyd etmiş və dövlətimizin başçısının siyasətini hər zaman dəstəklədiklərini bildirmişlər.
Tədbir çərçivəsində bir qrup Qarabağ müharibəsi iştirakçısına diplom və “Vətən naminə” medalı təqdim olundu.
Tədbir məktəb şagirdlərinin hazırladıqları bədii kompazisiya ilə davam etdirildi.