86 nömrəli məktəbdə "Zərərli vərdişlərə yox deyək!” adlı tədbir keçirilib.
Mayın 16-da Xətai rayonu 86 nömrəli tam orta məktəbdə "Zərərli vərdişlərə yox deyək!” adlı tədbir keçirilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, YAP Xətai rayon təşkilatının nümayəndəsi Aqşin Nəsibov, Xətai rayon Polis İdarəsinin nümayəndəsi, 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin “Xalq folkloru” dərnəyinin rəhbəri Nəzakət Cahangirova, məktəbin şagird və müəllim kollektivi iştirak edib.
Tədbirin təşkilində əsas məqsəd hər kəsi zərərli vərdişlərdən uzaq olmağa və sağlam həyat tərzi seçməyə çağırmaqdan ibarət olub.
Pənah İmanov tədbir iştirakçılarına tütünçəkmənin fəsadları barədə məlumat verib və bildirib ki, tütün tüstüsündə 7 mindən artıq zərərli kimyəvi maddə vardır. Qeyd olunub ki, narkotik maddələr tələdir, bu tələyə düşənin sonra oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.
Tədbirdə şagirdlər tərəfindən ədəbi-bədii kompazisiyalar nümayiş olunub, onların hazırladıqları səhnəciklər iştirakçılar tərəfindən maraqla izlənilib.
Məktəbin direktoru Cavid Əliyev şagirdlərə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi riayət etməyin və qapalı məkanlarda tütün tüstüsündən azad mühit yaratmağın hər kəsin vəzifəsi olduğunu bildirib.