Xətai rayonu 2980-2981 ünvanlarda yerləşən qəzalı binaya baxış keçirilmişdir
16 dekabr 2016-cı il tarixdə Xətai rayon İcra Hakimiyyəti Başçısı aparatının nümayəndələri sakinlərin müraciətləri əsasında Xətai rayonu 2980-2981-ci məhəllədə məskunlaşmış məcburi köçkün ailələri ilə növbəti dəfə yerində görüşülmüşdür. Qeyd olunan bina 1994-cü ildə sürüşmə nəticəsində bir neçə metr yerdəyişmə edərək əyilmiş və qəzalı vəziyyətə düşmüşdür. Hazırda binada 116 məcburi köçkün ailəsi və respublikanın ayrı-ayrı rayonlarından 20-yə yaxın məcburi köçkün olmayan ailə yaşayır.
Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları həmin qəzalı binanın ayrı-ayrı girişlərində və mərtəbələrində yerləşən bir çox mənzillərdə olmuş, hava şəraitindən asılı olaraq, fəsadların artıb-artmadığına yerində baxış keçirmişlər. Mənzillərdə sakinlərlə görüşülərkən, eyni zamanda binanın həyətində məcburi köçkünlərlə söhbət aparılarkən onlara izah olunmuşdur ki, məskunlaşdıqları binanın qəzalı olması ilə əlaqədar yaxın günlərdə aidiyyəti dövlət orqanlarına müraciət olunmuş və hazırda məsələ hökümətdə baxılmaqdadır.