Xətai rayonunda multikulturalizm ili ilə bağlı silsilə tədbirlər davam etdirilir
Xətai rayonunda multikulturalizm ili ilə bağlı sislsilə tədbirlər davam etdirilir. Rayonun Humanitar Fənnlər təmayüllü məktəb-liseyində "Multikulturalizm və Azərbaycançılıq" mövzusunda konfrans keçirilib.
"Multikulturalizm və Azərbaycançılıq" mövzusunda keçirilən konfarns iştirakçıları əvvəlcə, müxtəlif ölkələrin milli mətbəxtlərinə aid nümunələrə və şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıblar.
Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov keçirilən tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanı dünyaya sülhsever ölkə kimi tanıdan əsas meyarlardan biri onun tolerant olmasıdır. Dövlətimizin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan milli və dini icmaların arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Son illər respublikamızda, xüsusən də Bakı şəhərində mədəniyyət və din sahəsində keçirilən bir çox beynəlxalq tədbirlər artıq ənənəyə çevrilib. Milli-mənəvi dəyərlərimizin və tolerant ölkə olmağımız istiqamətində Ulu Öndər tərəfindən həyata keçirilən daxili və xarici siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə çıxış edənlər bildirdilər ki, ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Heydər Əliyev Fondunun, onun Prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri böyükdür. Bu bir faktdır ki, Fond Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması və təbliği ilə bağlı olduqca əhəmiyyətli layihələr həyata keçirir. Hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi Xətai rayonunda da milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq məfkurəsinə mühüm diqqət yetirilir.
Tədbir çərçivəsində şagirdlərin ifasında müxtəlif xalqlara məxsus musiqilər, rəqslər nümayiş etdirildi.