Şriftin ölçüsü :

Saytın rəngi :

Mərkəzi Neftçilər Xəstəxanası Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il ərəfəsində hesabat verdi.

28 dekabr 2016 | 11:00

28 dekabr 2016-cı il tarixdə Mərkəzi Neftçilər Xəstəxanasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, Yeni 2017-ci il və Xəstəxananın fəaliyyətə başlamasının 60 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə məruzə ilə çıxış edən baş direktor Leyla Seyidbəyova  müəssisənin tarixindən, fəaliyyətindən, əldə etdiyi nailiyyətlərdən danışdı. Bildirdi ki, əvvəllər Neft  Kəşfiyyatçılarının Birləşmiş Xəstəxanası adlanan  xəstəxana  1956-cı ildə yaradılıb. Çox tezliklə, bu şəfa ocağı bütövlükdə Azərbaycan neft sənayesi işçilərinin sağlamlığının qorunması sahəsində başlıca mərkəzə çevrilmişdi. Bir necə il sonra burada yeni korpuslar tikilmiş, klinika keyfiyyətli tibbi xidmət göstərilməsinə imkan verən bütün zəruri avadanlıqla təmin edilmişdi.
      Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası (MNX) inkişaf edərək, Avropanın istənilən müasir klinikası ilə rəqabət aparacaq bir səviyyəyə yüksəlib. Mübahisəsiz demək olar ki, bu gün xəstəxanamız istər müalicə-diaqnostika avadanlığı ilə təminat, istərsə də tibbi kadrların hazırlıq səviyyəsi və peşəkarlığı baxımından ən müasir klinikalardan biridir.
        Sonra Xətai rayon İcra Hakimiyyəti  başçısının müavini Jalə Abdıyeva çıxış edərək 60 illik yubiley, Dünya Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni - 2017-ci il münasibətilə bütün kollektivi rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun adından təbrik edərək qeyd etdi ki, bir sıra respublika əhəmiyyətli müəssisələr, o cümlədə Mərkəzi Neftçilər Xəstəxanası Xətai rayonunun ərazisində yerləşir. Mərkəzi Neftçilər xastəxanasının fəaliyyəti, əldə etdiyi nailiyyətlər,  tibbin bir neçə istiqamətində ilkə atılan imzalar kollektivin Azərbaycan səhiyyə sisteminə verdiyi töhfələrdir. Bu isə bütün sahələrə olduğu kimi, tibb sahəinə də Heydər Əliyev ideyalarını daim davam etdirən ölkə başçısı  cənab İlham Əliyevin, xanımı Mehriban xanım Əliyevanı diqqət və qayğısının bariz nümunəsidi.
     Digər çıxış edənlər YAP Xətai rayon təşkilatının aparat Rəhbəri Mail Kərimov, Xətai rayon İcra Hakimiyyəti İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdüri Pənah İmanov və başqaları bu qocaman müəssisənin fəaliyyətini yüksək qiymətləndirərək kollektivə yeni-yeni nailiyyətlər, uğurlar arzuladılar.
     Səmərəli fəaliyyətlərinə görə fərqlənən bir neçə həkim və tibb işçisinə Rayon İcra Hakimiyyətinin, YAP Xətai rayon təşkilatının və müəssisəni Fəxri Fərmanları təqdim olundu.
    Sonra xəstəxananın tarixi və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirildi.

Keçidlər