Xətai rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir
29.12.2016-cı il tarixdə Xətai rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədovun sədrliyi ilə müşavirə keçirilmişdir. Müşavirədə kommunal sahədə fəaliyyət göstərən idarə və müəssisələr, rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, rayon İcra Hakimiyyəti Başçısının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələri iştirak etmişlər.
Müşavirədə rayonun xidmət idarələrinin fəaliyyəti geniş təhlil olunmuş və mövcud problemlərin həlli istiqamətində müzakirələr aparılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov rayon ərazisində əhaliyə fasiləsiz olaraq işıq, qaz, su və istilik təchizatı sahəsində daha da keyfiyyətli xidmət göstərilməsi məqsədilə aidiyyatı orqanlara tapşırıqlarını vermiş və bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyini diqqətə çatdırmışdır.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə tədbir iştirakçılarının simasında bütün rayon ictimaiyyətini təbrik etdi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Respublikamızın daha da tərəqqisi, xalqımızın firavanlığı və işıqlı gələcəyi naminə görülən işlərdə uğurlar arzuladı.