Xətai rayon İcra Hakimiyyətində müşavirə keçirildi
30 dekabr 2016 | 11:00
30.12.2016-cı il tarixdə Xətai rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir. Müşavirədə rayon ərazisində qeyri-qanuni tikintilərin qarşısının alınması, aramsız yağan yağışlar zamanı subasma hallarına qarşı mübarizə, pilot layihə çərçivəsində qəzalı, rayonun xarici görünüşünə xələl gətirən binaların yerində müasir çoxmənzilli, çoxmərtəbəli yaşayış evlərinin layihələndirilməsi və tikintisinə hazırlıqla bağlı məsələr müzakirə olundu. Qaldırılan məsələlərlə bağlı aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verildi.