Xətai rayonunda “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” adlı inşa yazı müsabiqəsi keçirilmişdir
Xətai Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 10 yanvar 2017-ci il tarixdə 95 №li tam orta məktəbdə Xətai rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş “20 Yanavar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.
Tədbirdə Xətai rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov iştirak etmişdir. O, iştirakçıları müsabiqənin əsasnaməsi ilə tanış etdikdən sonra müsabiqəyə start verilmişdir.
Qeyd edək ki, inşalar Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış və kodlaşdırılmış xüsusi dəftərlərdə yazılmışdır.
Müsabiqənin nəticəsinə əsasən I yerə 147 №li texniki-humanitar liseyinin 10a sinif şagirdi Hüseynli Gülər Nizaməddin qızı, II yerə 264 №li məktəb-liseyin 9a sinif şagirdi Abbasova Zeynəb Rəşad qızı, III yerə 204 №li tam orta məktəbin 9ç sinif şagirdi Abdullayeva Röya İbrahim qızı layiq görülmüşdür.