Şriftin ölçüsü :

Saytın rəngi :

“Cəsurlar” hərbi-idman və turizm oyunlarının rayon mərhələsi keçirilmişdir

31 mart 2013 | 11:00

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 30 mart 2013-cü il tarixdə C.Naxçıvanski adına hərbi liseyin bazasında 7-8-ci sinif şagirdləri arasında “Cəsurlar” hərbi-idman və turizm oyunlarının rayon mərhələsi keçirilmişdir. Yarışlarda rayonun 38 məktəbin komandası iştirak etmişdir.Yarışın nəticələrinə görə 138 nömrəli tam orta məktəbin komandası I yeri tutmuş və Bakı zona birinciliyinə vəsiqə qazanmışdır. 06.04.2013-cü il tarixində keçirilmiş “ Cəsurlar” hərbi- idman və turizm oyunlarının  Bakı zona birinciliyində Xətai rayonunun 138 nömrəli məktəbi Respublika finalına vəsiqə qazanmışdır.

Keçidlər