Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Xətai rayonunun təhsil müəssisələrində silsisilə tədbirlər keçirilir

18 yanvar 2017 | 11:00

18.01.2017-ci il tarixdə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Xətai rayonunun bir sıra təhsil müəssisələrində silsisilə tədbirlər keçirilir.
Rayonun 29 saylı orta məktəbində baş tutan tədbirdə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış oldu. Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov bildirdi ki,  bir tərəfdən kədərli, digər tərəfdən isə qəhrəmanlıq səhifəsi olan həmin gün bütün dünya, xalqımızın qəhrəmanlıgının, azadlıq ugrunda mübarizliyinin şahidi olub. O gecədə törədilən hadisələr,  xalqımızın qəhrəmanlıgı, azadlıq ugrunda mübarizliyi məktəb şagirdlərinin hazırladıqları kompazisiyalarda bir daha canlandırılmışdı. Bu cür silsilə tədbirlərin keçirilməsində məqsəd  gənc nəslə vətənpərvərlik hissini aşılamaq, onları maarifləndirmək, həmçinin, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi birləşmələrinin  Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliamın  insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu dünya içtimaiyyətinə çatdırmaqdır.
Daha bir tədbir Xətai rayonundakı  Humanitar fənnlər təmayüllü məktəb-liseyində keçirildi. Tədbirdə qanlı yanvar hadisələri zamanı həlak olanların xatirəsi ehtiramla yad edildi. Şagirdlər hazırladıqları şeir, musiqi və  səhnəciklərlə  həmin günün xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil olmasını qonaqların diqqətinə çatdırdılar. Vurgulandı ki, həmin günlərdə xalqımız müstəqillik iradəsinin sarsılmazlığını dünyaya bir daha nümayiş etdirdi.
Rayondakı Heydər Əliyev adına liseydə, 24, 64, 21, 245, 249, 257, 264, 269 nömrəli məktəblərdə də silsilə tədbirlər keçirilmişdir.

Keçidlər