Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyətində 20 yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar şəhid ailələri və əlillərlə görüş keçirildi

19 yanvar 2017 | 11:00

Müstəqillik tariximizə şərəfli  bir gün kimi yazılan 20 Yanvar faciəsinin 27-ci il dönümü ilə əlaqədar Xətai rayon İcra Hakimiyyətində şəhid ailələri və əlillərlə görüş keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək bildirib ki, həmin gün xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil olub. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiyməti isə yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra vermək mümkün olub. Faciədə şəhid olanların ailə üzvlərinin və əlil olanların sosial müdafiəsi gücləndirilib. Bu gün isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
YAP-nın Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov isə əlavə edib ki, tariximizin qəhrəmanlıq səhifəsi olan həmin gün bütün dünya xalqımızın qəhrəmanlıgının, azadlıq ugrunda mübarizliyinin və sarsılmazlıgının şahidi olub.
Tədbirdə qeyd olunub ki, hazırda rayon ərazisində 10 şəhid ailəsi 20 əlil yaşayır. Onların dövlət qaygısı ilə əhatə olunması daim diqqətdə saxlanılır, ehtiyaclarının ödənilməsi, sosial problemlərinin həlli ilə baglı konkret tədbirlər həyata keçirilir.
Faciənin ildönümü ərəfəsində rayondakı muzey və sərgi salonlarında foto sərgilər təşkil olunub, orta məktəblərin foyelərində Qanlı Yanvar faciəsinin   ildönümü ilə əlaqədar foto stendlər düzəldilib.
Çıxış edən şəhid ailələri isə onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Tədbirin sonunda faciənin tarixindən bəhs edən film nümayiş olunub.

Keçidlər