Şriftin ölçüsü :

Saytın rəngi :

1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin illik hesabat yığıncağı keçirildi

24 yanvar 2017 | 11:00

24.01.2017-ci il tarixdə Humanitar Fənnlər təmayüllü liseyin akt zalında Xətai  rayon  İcra Hakimiyyətinin Başçısı Razim Məmmədovun, hüquq-mühafizə orqanlarının,  xidmət rəhbərlərinin, təhsil, səhiyyə və mədəniyyət işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, Xətai Bələdiyyəsi üzvlərinin  və sakinlərinin  iştirakı ilə  1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin  2016-cı ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. Toplantıda 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Icra Hakimiyyəti Başçısının nümayəndəsi Dəyanət Əzizovun hesabat məruzəsi dinlənilmişdir.
1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin   ərazisi Xətai rayon Bələdiyyəsinin bir hissəsi, 33 saylı Xətai 1-ci seçki dairəsinin Əhmədli qəsəbəsini çıxmaqla 1.02 kv/km, əhalisi  68739 nəfərdir. İnzibati Ərazi Dairəsinin sərhədləri şərti olaraq Babək prospekti, M.Hadi küçəsi, Ukrayna dairəsi, Neapol dairəsi və A.Rəhimov küçələrini əhatə edir. İnzibati Ərazi Dairəsinin ərazisində Mənzil Kommunal Təsərrüfatı Birliyinin 29; 75;89; 90; 93; 94  saylı mənzil istismar sahələri ,  118 , 122 və 143 saylı xüsusi təyinatli mənzil istismar sahələri xidmət göstərir.            İnzibati Ərazi Dairəsində 8 orta ümumtəhsil  məktəb, 2 saylı Peşə liseyi, Şahmat məktəbi, 2 kitabxana, 13 uşaq bağçası, 3 saylı körpələr evi, 6 və 7 saylı poliklinikalar, Protez Ortopedik Bərpa mərkəzi , “Turan Diaqnostika”, “Medikal Plaza” və  “Ultra- Med”   özəl klinikalar, “Sərhədçi” və  “Ruslan” idman kompleksləri , Əhmədli “Çörək zavodu” ,  “AER” dondurma zavodu  yerləşir.
        Hesabat dövründə 2014-2016-cı illər üçün nəzərdə tutulmuş  Dövlət proqramına əsasən, 3 saylı Körpələr evi və  261 nömrəli tam orta məktəb əsaslı təmir edilmişdir . Təmirdən sonra məktəbin  acılışında cənab Prezident İlham Əliyev iştirak etmiş, şagirdlər və müəllim kollektivi üçün yaradılan şəraitlə taniş olmuş, tövsiyələrini və tapşırıqlarını vermişdir. Əsaslı təmirdən sonra körpələr evinin açılışında  isə birinci xanım Mehriban Əliyeva  iştirak etmiş və körpələrə yaradılan şəraitlə yaxından tanış olmuşdur.
Hesabat dövründə inzibati ərazidə  təhsil müəssisələrini  537 məzun bitirmişdir, onlardan  344 nəfəri  Ali məktəblərə qəbul olmuşdur. Qəbul zamanı yüksək nəticə göstərən təhsil müəssisələri  29, 261, 287  nömrəli məktəblərin  9 şagirdi  650-dən cox bal toplamışdır.   Respublika üzrə ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər arasında keçirilən “Şahin”  hərbi idman və turizm oyunlarının nəticəsinə görə 138 saylı orta məktəbin şagirdləri Bakı şəhəri üzrə 1-ci , respublika  üzrə isə  2-ci nəticə göstərmişlər. 
2016-ci il ərzində nümayəndəliyin ərazisində əsas və məhəllədaxili küçələrdə 13597 kv/m  asfalt örtüyü yenilənmişdir. M.Rüstəmov küçəsinin bir hissəsi , Telnov küçəsində bütövlükdə asfalt  örtüyü   yenilənmişdir. Həmçinin, Neapol küçəsi  3, 5, 9, 19, 19a, 21 saylı ünvanlar,  S.Ə.Şirvani 7, Babək 86, 88, 90, 92, Telnov  küçəsi  2, 4, 6 saylı binaları əhatə edən məhəllədaxili yolların asfalt örtüyü yenilənmişdir. Hazırda  Sarayev küçəsi 14, 18, 20 saylı  binaları əhatə edən məhəllədaxili yollarda təmir bərpa işləri aparılır.
Ərazidə olan hündürmərtəbəli yaşayış binalarının su təchizatının yaxşılaşdırılması istiqamətində binaların zirzəmilərindən su xətlərinin xaricə çıxarılması üçün "Azərsu" ASC tərəfindən "pilot-layihə" həyata keçirilməsi davam etdirilir və "smart kart" tipli elektron sayğaclar  quraşdırılır. Həmin küçələrdə  yanğın təhlükəsizliyinə qarşı su qidrantlar yerləşdirilir .                                                                                         Dövlət proqramına uyğun olaraq qaz təchizatının yaxşıladırılması ilə bağlı hesabat dövründə  abunəçilərin   sayğacları yenilənərək "smart kart " tipli elektron sayğaclar ilə əvəz olunması sona çatdırılmışdır.
          Hesabat dövründə “Azəristiliktəchizat” ASC tərəfindən ərazidə yerləşən 7  yaşayış binasında  cari təmir içləri aparılmış, Sarayev küçəsi 14 ünvanda diametri 150 m/m  uzunluğu 200 m olan, Sarayev küçəsi 15 və M. Rüstəmov küçəsi 20 ünvanların kəsişməsində diametri 89 m/m uzunlugu 20 m.  olan  istilik borusu   yenilənmişdir .  Ərazidə hesabat dövründə  133 ədəd lift  yenilənmiş, 134 ədəd liftin dəyişdirilməsinə ehtiyac var .
     Ərazidə yerləşən məişət tullantılarının meydançalarına yeni tipli, iri həcmli 48 ədəd konteyner yenisi ilə əvəz edilmişdir . Gündəlik qrafikə uyğun olaraq, məişət tullantıları vaxtında  daşınır və təmizlənir.                                            
Hesabat dövründə  M. Rüstəmov küçəsi  2, 12 ünvanlarda, S.Ə. Şirvani küçəsi  12, 14, Neapol küçəsi 21saylı binalarının qarşısında sakinlərin istirahəti üçün abad həyətlər salınmış, uşaqlar üçün  yelləncəklər, sürüşkənlər və idman meydançaları yaradılmışdır.                                                                
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə 2016- ci il sentyabr ayının 26 -da Azərbaycan Respublikası Konstitusiyasina əlavə və dəyişiklərin edilməsi ilə bağlı  referendum  keçirilmişdir.   Bu dövrdə Dairə Seçki Komissiyası və Məntəqə Seçki komissiyaları yerləşən obyektlərə gedən yollar asfaltlanmış, küçələr isıqlandırılmış, ətraf ərazilərdə təmizlik və abadlıq işləri aparılmışdır.  
Hesabat dövründə rayon İcra Hakimiyyətinin Başçısı nümayəndəliyin ərazisində  6 səyyar qəbul keçirmişdir.  Keçirilən səyyar qəbullarda 47  nəfər iştirak etmiş, 19 sakinin  problemləri yerində həllini tapmış, 28 sakinin probleminin həlli aidiyyatı üzrə təşkilatlara yönəldilmişdir. 
Cənab Prezidentin əhalinin sağlamlığına  göstərdiyi diqqət və qayğının nəticəsidir ki, hər il olduğu kimi bu il də  İnzibati Ərazidə əhali tibbi müayinədən keçirilmişdir. Ərazidə yaşayan yuxarı yaş qrupuna  daxil  olan  sakinlər 6 və 7 saylı poliklinikada, uşaqlar 9 saylı  uşaq poliklinikasinda  tibbi müayinədən keçmişlər. Müayinə zamanı 10779  ambulator, 783 stasionar xəstə müəyyən edilmiş  və müalicə üçün təyinatı üzrə tibb ocaqlarına göndərilmişdir. 
Hesabat dövründə nümayəndəliyin ərazisində yerləşən mənzillərin və evlərin təsərrüfat kitablarinin elektronlaşma işləri davam etdirilmişdir .
1 nömrəli  Sahə İnzibati Ərazi Nümayəndiliyinin ərazisində olan Sarayev, M.Hadi, S.Ə.Şirvani, Telnov, Neapol, Q.Nəbi küçələrində küçə ticarətinin aparılmaması üçün həmin ərazilər mütəmadi olaraq nəzarət altında saxlanılır. Nümayəndəlik rayonda keçirilən bütün tədbirlərdə və iməciliklərdə yaxından fəal iştirak etmişdir.
Fəaliyyət dövründə nümayəndəliyə sakinlər tərəfindən 32 məktub və şikayət  ərizəsi  daxil olmuşdur. Həmin şikayətlər  yerində araşdırılmış və vətəndaşların problemləri həll olunmuşdur. Müxtəlif təşkilatlara 58 məktub göndərilmiş, qəbul günlərində 30 nəfər vətəndaş müxtəlif problemlərlə şifahi müraciət etmişdir.        
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hesabat yığıncağında çıxış edərək, nümayəndəlik ərazisində mövcud olan bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi araşdırılmalar aparılmasının və problemlərin həlli yollarının tapılmasının vacibliyini vurgulamışdır. Başçı aidiyyatı şəxslərə bu sahədə müvafiq təlimat və tapşırıqlarnı vermişdir.

Keçidlər