Xətai rayonu ilə Tokiyo şəhərinin Setekaya rayonunun qardaşlaşma layihəsi ətrafında müzakirələr aparılmışdır
25 yanvar 2017 | 11:00
25.01.2017-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Rövşən Mirzəyevi qəbul etmişdir. Görüşdə Razim Məmmədovun başçılığı ilə nümayəndə heyətinin ötən ilin noyabr-dekabr aylarında baş tutan Yaponiya səfəri və Xətai rayonu ilə Tokiyo şəhərinin Setekaya xüsusi rayonunun qardaşlaşma layihəsi ətrafında müzakirələr aparılmışdır.