Şriftin ölçüsü :

Saytın rəngi :

3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin illik hesabat yığıncağı keçirildi

26 yanvar 2017 | 11:00

26.01.2017-ci il tarixdə 257 nömrəli tam orta  məktəbin akt zalında Xətai rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədovun, hüquq-mühafizə orqanlarının, xidmət rəhbərlərinin, təhsil, səhiyyə və mədəniyyət işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, Xətai Bələdiyyəsi üzvlərinin və sakinlərinin iştirakı ilə 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2016-cı ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. Toplantıda 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Icra Hakimiyyəti Başçısının nümayəndəsinin müavini Asəf Rzayevin hesabat məruzəsi dinlənilmişdir:
3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə  nümayəndəliyin inzibati ərazisi 4,8 kv.km, əhalisi 64, 127 nəfərdir.
Xidməti ərazidə 135 çoxmərtəbəli yaşayış binası və 2312-dən artıq fərdi yaşayış evi vardır.
Ərazidə MKTB-nin 7 MKİS-si, 4 Xüsusi təyinatlı MKİS-si,  2 Müdafiə Nazirliyinin MKİS-i, 10 kooperativ bina, 8 mənzil tikinti MMC və “Abşeron-Zeytun” MMC, ümummilli lider H. Əliyevin adını daşıyan Azərbaycan Ali Hərbi məktəb, C. Naxçıvanski adına hərbi lisey, Müdafiə Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin “N” saylı hərbi hissələri, 8   orta məktəb; 13   körpələr evi-uşaq bağçası; SOS uşaq kəndi; 2   poliklinika; 3  özəl (“Artomed”, “Medical plaza” və “Murad”) klinika və M.Ə.Sabir adına kitabxana fəaliyyət göstərir.
2016-ci ildə nümayəndəliyə müraciət edən 51 nəfər vətəndaşların şikayətləri dinlənilmiş, 38 şikayət ərizəsi və məktub daxil olmuş, ayrı- ayrı təşkilatlara 66 məktub göndərilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının  ərazidə 7 dəfə səyyar qəbulu  keçirilmişdir. Keçirilən səyyar qəbullarda 73 sakin iştirak etmiş, 41 sakinin problemi yerində həllini tapmış, 32 nəfər sakinin problemlərinin həlli üçün aidiyyəti təşkilatlara yönəldilmişdir. Əhalinin sosial problemlərinin həlli istiqamətində aidiyyəti xidmət sahələrilə iş aparılmışdır.
Nümayəndəliyin inzibati ərazisinə aid sahələrdən məişət tullantılarının vaxtlı-vaxtında daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərinin həyata keçirilməsi, ərazidə su və kanalizasiya axıntılarının vaxtında qarşısının alınması, sakinlərin digər problemlərinin həllində rayonun xidmət idarələri ilə birgə tədbirlər görülmüşdür.
Həmçinin, qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə qarşı da tədbirlər görülmüş, mübarizə tədbirləri çərçivəsində ət kəsimi ilə məşğul olan fiziki şəxslərin fəaliyyəti rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon Baytarlıq xidməti mütəxəssislərinin iştirakı ilə daima nəzarətdə saxlanılmışdır. Ərazinin gündəlik təmizliyinə xüsusi diqqət yetirilmiş, söküntü işlərinə nəzarət edilmiş, qanunsuz tikinti işlərinin qarşısı rayon MKTB ilə birgə alınmışdır.
Əsasnaməyə uyğun olaraq, ərazidə vətəndaşlar tərəfindən qaldırılan problemlərlə bağlı rayon İcra Hakimiyyətinin müvafiq şöbələrinə və rayonun xidməti idarələrinə mütəmadi  olaraq məlumatlar verilmişdir.
Nümayəndəliyin xidməti ərazisində yaşayan vətəndaşların şikayət və müraciətlərinin əksəriyyəti məhəllədaxili yolların asfaltlanması, həyətlərin abadlaşdırılması və işıqlandırılması, o cümlədən istiliklə, kanalizasiya sistemi ilə bağlı olmuşdur.                   
Gəncə prospekti 41, 44, 59; N. Tusi küçəsi 49 ilə Gen. Şıxlinski küçəsi 46-nın kəsişməsində; Gen. Şıxlinski küçəsi 39, 46, 51, 59; İ. İsmayilov küçəsi 44, 58, 3 və 5-in yanında; Naximov küçəsi 11-in  qarşısında abad həyətlər salınmış, əhalinin istirahətini səmərəli keçirməsi və uşaqların əylənməsi üçün oyun parkları, meydançalar quraşdırılmışdır.
Hesabat dövrü ərzində Zığ yolu üzərində yerləşən Meşə parkının ərazisinə düşən memarlıq baxımından yararsız tikililər sökülmüş, tikinti tullantıları daşınaraq parkın manesiz tikintisi üçün hər cür şərait yaradılmışdır.
Hal-hazırda qeyd olunan ərazidə abadlıq və yenidənqurma işlərinə başlanılmış, yaxın vaxtlarda parkın sakinlərin istifadəsinə verilməsi sahəsində sürətli işlər aparılır.
Mənzil departamenti tərəfindən Gen. Şıxlinski küçəsi 3-ün qabağında 800 kv.m asfalt örtüyü vurulmuşdur.
İ.İsmayılov küçəsi 16, 26, 28 ünvanda 1361 p/m bardior vurulmuş, 9 ədəd kanalizasiya lyuku yenilənmiş, 8480 kv.m. asfalt örtüyü çəkilşimdir.
Gəncə prospekti 46 saylı binanın qarşısında 257 nömrəli məktəbə gedən məhəllədaxili yola 4452 kv.m. asfalt vurulmuş, 5 ədəd işıq dirəyi quraşdırılmışdır.
Gəncə prospekti 63 və 65 saylı binaların arxasında sürüşmə zonasında təmizlik, abadlıq işləri görülmüş, əraziyə 1400 ədəd şam ağacı əkilmişdir.
Gəncə prospektində salınan 5000 kv. m. yaşılıq sahəsi də isti aylarda gündəlik olaraq sulanıb, biçilmişdir. Salınan yaşıllığın qorunması gündəlik olaraq nəzarətimiz altındadır.
265№-li məktəb yolunda 1346 p/m bardyur qoyulmuş, 22 ədəd kanalizasiya lyuku yenilənmiş və 12447 kv.m. asfalt örtüyü vurulmuşdur.
Əbilov küçəsi 2, 4, 6, 8, 10, 12, 14, 16 saylı binaların giriş qapılarının bir hissəsi təmir olunmuş, bəzi girişlər rənglənmiş və pəncərələrə şüşələr salınmışdır.
Əbilov küçəsi 2, 4, 6, 8, 10, 12, 20 A saylı binalar isə qəzalı vəziyyətdədir.
Binaların dam örtüyünün 5312 kv.metri təmir edilmiş, hal-hazırda dam örtüklərinin təmiri işləri MKİS-i tərəfindən davam etdirilir.
Rayon MKTB-yi qış mövsümünə hazırlıqla əlaqədar istilik almayan binaların istiliklə təmin olunması üçün əlaqədar təşkilatlarla birgə həmin binalarda təmir bərpa işləri aparılmışdır. Hal-hazırda 126 bina mərkəzləşmiş qaydada istiliklə təmin olunmuşdur. Hesabat dövründə Gəncə prospekti 54 və 56 saylı binaların istilik xətləri yenilənmiş və binaların istiliyi təmin edilmişdir.
Gəncə prospekti 99 ünvanda yerləşən 361 saylı qazanxananın istilik təchizatının yaxşılaşdırılması məqsədilə yeni qaz xətti çəkilərək mənbəyə birləşdirilmişdir. Bununla da 11 binanın istilik təchizatı daha da yaxşılaşdırılmışdır.
İnvenstisiya proqramına uyğun olaraq, kənd və qəsəbələrin içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkələrinin yaradılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Bu proqram çərçivəsində rayonun su və kanalizasiya şəbəkəsinin yenidən qurulması istiqamətində mühüm işlərin görülməsi davam etdirilir.
Artıq inzibati ərazidə çoxmənzilli binalarda və fərdi yaşayış evlərinin su təminatı xeyli yaxşılaşdırılmışdır.
Hal-hazırda mənzillərin əksəriyyəti 24 saat ərzində daimi su ilə təmin olunur.
Gəncə prospektinin yenidən qurulması ilə hava xətləri dəyişdirilərək, yeraltı kabel xətləri ilə əvəz olunmuşdur. Naximov yaşayış sahəsində iki TM-6 və TM-16 gərginlik transformatorları yenidən tikilərək, bütün daxili avadanlıqlar yenilənmiş, kabel xətləri dəyişdirilmişdir.Gen. Mehmandarovküçəsi, Gen. Şıxlinski küçəsi, İ.İsmayılov küçəsi və Gəncə prospektinin yuxarı hissəsində, bütün binadaxili kabel xətləri dəyişdirilmiş, yeni SMS tipli sayğaclar quraşdırılmışdır.
Hesabat dövründə əhalinin qaz təminatını yaxşılaşdırmaq məqsədi ilə inzibati ərazinin Naximov, İ.İsmayılov, Gen.Şıxlinski və Gəncə prospektində ümumilikdə 9213 p/m müxtəlif diametr ölçüdə qaz xətləri dəyişdirilmişdir.
Xidməti ərazidə 8  orta ümumtəhsil məktəb fəaliyyət göstərir. Ümumilikdə, 8 orta ümumtəhsil məktəbləri üzrə 2015-2016-ci tədris ilində məktəbi 560 məzun bitirmiş, onlardan 475 nəfəri ali məktəblərə sənəd vermiş, 303 nəfəri tələbə adını qazanmışdır. 25 nəfər məzun 600-dən yuxarı bal toplamış, 1 nəfər məzun isə məktəbi qızıl medalla bitirmişdir.
Hal-hazırda  8 orta ümumtəhsil məktəblərindən 8-i də dövlət proqramı çərçivəsində əsaslı təmir edilmişdir. Hesabat dövründə 265 nömrəli orta məktəbin əsaslı təmirindən sonra cənab Prezident qeyd olunan məktəbin açılışında iştirak edərək, görülən işlərlə tanış olmuş, tapşırıq və tövsiyələrini vermişdir.
  257 nömrəli orta məktəbin yeni korpus binasının tikintisi sona çatdırılmış, yaxın vaxtlarda müəllim və şagird kollektivinin istifadəsinə veriləcəkdir.
İnzibati ərazidə Zığ şossesi 44 B ünvanda yerləşən “Xabard-Or-Avner” yəhudi məktəbi fəaliyyət göstərir. Məktəb yəhudi uşaqların təhsil alması məqsədilə H.Əliyev fondu və “Or-Avner” beynəlxalq fondunun dəstəyi ilə tikilib və 2010-cu ildə istifadəyə verilmişdir.
İnzibati ərazidə 13 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Dövlət proqramları çərçivəsində Bakı şəhəri ətraf kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq 5 uşaq bağçası (72, 194, 222, 251, 207) təmir edilmişdir.
Bağçalarda 78 məcburi köçkün ailəsi, 438 nəfər ailə üzvü məskunlaşmışdır.  13 bağçada ümumi 55 qrup olmaqla qruplarda 1030 nəfər uşağın təlim-tərbiyəsi ilə 123 tərbiyəçi-müəllimə məşğul olur.
Xidməti ərazidə fəaliyyət göstərən 2 dövlət və  3 özəl səhiyyə müəsissəsi vardır.
Bu səhiyyə müəsissələri tam təmirlidir və standartlara cavab verən tibbi avadanlıqlarla təchiz olunaraq, sakinlərin sağlamlığına xidmət göstərir.
İl ərzində Zığ Sağlamlıq Mərkəzində 18 yaşa qədər 3 min 447 nəfər 18 yaşdan yuxarı 15 min 378 nəfər tibbi mərkəzə müraciət etmişdir.
Ümumilikdə, Zığ Sağlamlıq Mərkəzindən tibbi müayinədən 18 min 825 nəfər keçmişdir.
8№-li uşaq poliklinikasında 25 min 721 nəfər uşaq qeydiyyatdadır. İl ərzində 24 min 827 uşaq müayinə olub, 12 min 45 uşaq isə müalicə alıb.
Ümumilikdə, il ərzində hər iki tibb müəssisəsində 44 min 897 nəfər  tibbi xidmətlərdən yararlanıb.
MKTB-yi ilə birgə MKİS-nin xidməti ərazilərindən gündəlik məişət tullantılarının daşınmasına, ərazinin təmizliyinə nəzarət olunur, ərazidə iməciliklər keçirilmiş, yaz və yay mövsümlərində binaların zirzəmilərinin və girişlərinin dezinfeksiyası rayon dezinfeksiya xidməti tərəfindən həyata keçirilmişdir. Bəzi binaların qarşısında giriş-çıxışı məhdudlaşdıran, sakinlər tərəfindən qeyri-qanuni quraşdırılmış dəmir zəncirlər ərazi üzrə MKİS-nin işçiləri və Fövqəladə Hallar Nazirliyinin “Yanğından mühafizə” idarəsinin əməkdaşları ilə birlikdə tərəfimizdən sökülmüşdür.
MKTB-yi tərəfindən inzibati əraziyə aid binalarda 386 p/m su, 617 p/m kanalizasiya, 372 p/m yağış su navalçaları dəyişdirilmiş, 1078 mənzildə tüstü bacaları və havasorucu kanallar təmizlənmiş, 152 ədəd qapı layı təmir olunmuş, 191 kv.m ümumi istifadədə olan yerlərə şüşə  salınmış, 4389, 2 kv.m liftlərin damı təmir edilmiş, zibil konteynerlərinin meydançalarında dezinfeksiya işləri aparılmışdır.
Binaların ətraflarında bəzi sakinlər tərəfindən qanunsuz çəpərlənən, dəmir setka ilə bağlanan, xoşagəlməz mənzərə yaradan hasarların sökülməsi işində Nümayəndəlik MKTB-yi ilə birgə fəaliyyət göstərmişdir.
“Abşeron Zeytun” MMC-nin ərazisindən məişət tullantılarının daşınması rayon MKTB-yi tərəfindən ayrılmış “KAO” markalı maşınla gündəlik daşınır. “Abşeron Zeytun” MMC-nin Zeytun küçəsində və  Döngə 2 adlanan ərazilərdə yaşayan sakinlərin iştirakı ilə hər il olduğu kimi bu il də iməciliklər təşkil olunmuş və gələcəkdə də bu təşəbbüs davam etdiriləcəkdir.
  35 saylı Dairə Seçki Komissiyasının əhatə etdiyi ərazi üzrə Məntəqə Seçki Komissiyasının sayı dörd məntəqə artırılaraq 26-dan 30-a çatdırılmışdır ki, bu məntəqələr də 11 obyektdə: 8 orta məktəbdə, 1 uşaq bağçasında, Zığ sağlamlıq mərkəzində və M.Ə.Sabir adına kitabxanada yaradılmışdır. İnzibati ərazi üzrə seçicilərin ümumi sayı 38 min 908 nəfər olmuşdur.
Məntəqə Seçki Komissiyasının yerləşdiyi obyektlərdə bütün texniki işlər görülərək, məntəqələr tam hazır vəziyyətə gətirilmişdir. Obyektlərin ətrafı, küçə və səkilər təmizlənərək, seçicilərin səsverməyə gediş-gəlişi üçün əlverişli şərait yaradılmışdır.
Sadıqcan küçəsi 23 ünvanda nümayəndəliyin iki mərtəbəli yeni inzibati binası tikilib istifadəyə verilmişdir. Hal-hazırda nümayəndəlik həmin binada fəaliyyətini davam etdirir.
         
  Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hesabat yığıncağında çıxış edərək, nümayəndəlik ərazisində mövcud olan bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi araşdırılmalar aparılmasının və problemlərin həlli yollarının tapılmasının vacibliyini vurgulamışdır. Başçı aidiyyatı şəxslərə bu sahədə müvafiq təlimat və tapşırıqlarnı vermişdir.

Keçidlər